16.03.2018 Gündəlik Bürclər (16 Mart 2018 Günlük Bürclər)

15 Mart 2018
5 091
0
16.03.2018 Gündəlik Bürclər (16 Mart 2018 Günlük Bürclər)
Qoç – Göy qubbəsi yavaş-yavaş həyatın nəbzini tutduğunuzu proqnozlaşdırır. Məhz bu gündən etibarən daxili sarsıntılarınız da səngiyəcək. Odur ki, özünüzdə güc tapıb hərəkətə keçin.

Buğa – Bu maraq dolu təqvimi daha çox dostlarınızla birlikdə keçirməyə çalışın. Başınıza gələn hər bir ideyanın böyük perspektivinə inanın. Gün ərzində maddi irəliləyişləriniz də gözlənilir.

Əkizlər – Qarşınızda neytral bir gün durub. Bu səbəbdən qeyri-adi nəsə etməyə qalxmayın. Sənədləşdirmə məsələlərində diqqətli olun. Bu gün nəqliyyatla əlaqəli gərginlik olsa da, pul barədə uğurludur.

Xərçəng – Paralel olaraq bir neçə işlə məşğul olmaq, həlledici məsələlərdə qətiyyət göstərmək bu gün üzərinizə düşən başlıca vəzifədir. Bir sözlə, bu gün istirahət və ya passiv olmaq barədə düşünməməlisiniz.

Şir – Nə qədər səmimi olsanız, hörmətiniz də bir o qədər artacaq. İstənilən münaqişədə tərəfsiz mövqe tutun ki, düşmənləriniz artmasın. Günün ikinci yarısında büdcəniz ağırlaşa bilər. Səfərə çıxmayın.

Qız – Münasibətləri dərinləşdirmək üçün fürsətdir. Ürəyinizə yaxın bildiyiniz hər kəsə baş çəkməyə, heç olmasa zəng etməyə çalışın. Bugünkü addımlarınızdan asılı olaraq sizə qarşı münasibət müsbətə doğru dəyişə bilər.

Tərəzi - Xoş təsadüflərlə zəngin bir gün yaşayacaqsınız, hətta ola bilsin ki, çoxdan görmədiyiniz insanlarla da rastlaşasınız. Saat 15-18 aralığında isə maraqlı təkliflər alacağınız gözlənilir.

Əqrəb – Pulsuzluğu özünüzə dərd hesab etməyin. Əsası odur ki, tənha qalmayasınız. Bu, bürcünüz üçün ən dözülməzidir. Yaxşısı budur, gücünüzü yarımçıq qalmış işlərin həllinə yönəldəsiniz.

Oxatan – Bahar nəfəsinin duyulduğu bu təqvimdə mənəvi rahatlıq tapmaq sizin üçün o qədər də çətin olmayacaq. Üstəlik, ətrafınızda olan insanların sizə münasibətində müsbət amillər, hətta sürprizlər də mümkündür.

Oğlaq – Qarşınızda elə bir gün durub ki, Göy qübbəsi addımbaşı sizi sevindirə bilər. Hər an möcüzə gözləyin, amma özünüz də boş oturmayın. Bu təqvimdə ailə üzvlərinizə qayğınızı əsirgəməyin.

Dolça – İxtiyarınızda olan bu gündə pul məsələləri ilə bağlı hər hansı mübahisəyə getməyə dəyməz. Yaxşısı budur, səbrli olub uğurlu məqamınızı gözləyəsiniz. Problemlərdə vasitəcilərdən istifadə edin.

Balıqlar – Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə isə düşünməyin. Öz səhvlərinizə özünüz cavabdeh olmalısınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET