18.03.2018 Gündəlik Bürclər (18 Mart 2018 Günlük Bürclər)

17 Mart 2018
3 506
0
18.03.2018 Gündəlik Bürclər (18 Mart 2018 Günlük Bürclər)
Qoç - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Axşama doğru qazanmaq ehtimalınız var.

Buğa - Astroloji göstəricilər sizin zodiaka məsləhət görür ki, əsas üstünlüyü sevgiyə yönəldəsiniz. Dardüşüncəli insanların fikirlərinə əhəmiyyətsiz yanaşın. Gələcəyə tam ümidlə baxın.

Əkizlər - Bürcünüzün ən uğurlu məqamlarını yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyətli olun.

Xərçəng - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

Şir - Bu təqvimdə uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağa çalışın. Çünki ayın sonuna qədər bundan səmərəli vaxt olmayacaq. Təmir-quraşdırma işləri üçün də əhəmiyyətli gündür.

Qız - Həftə ərzində yaranmış maliyyə problemlərinizi aradan qaldırmaq asanlaşmaqdadır. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz. Qidanıza fikir verin.

Tərəzi - Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhhətinizə qayğı göstərin.

Əqrəb - Mart ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Büdcənizdə artım da mümkündür.

Oxatan - Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.

Oğlaq - Qonaq getmək üçün günün ikinci yarısı münasibdir. Amma hər hansı fiziki işlərə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Ailə münasibətlərində obyektiv addımlar atın.

Dolça - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

Balıqlar - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki qarşıdakı günlərdə bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri və mövqenizi konkretləşdirməlisiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.