19.03.2018 Gündəlik Bürclər (19 Mart 2018 Günlük Bürclər)

18 Mart 2018
5 236
0
19.03.2018 Gündəlik Bürclər (19 Mart 2018 Günlük Bürclər)
Qoç - Aktiv gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Tərəddüd etdiyiniz məsələlərdə mütləq məsləhət alın. Nahardan sonra sevindirici hadisələr gözlənilir.

Buğa - Maliyyə məsələləri ilə bağlı əlverişli gün olsa da, çox güman ki, mübahisəsiz keçinməyəcəksiniz. Ədalətli qərarlara hörmətlə yanaşın. Nahardan sonra səfərə çıxmağa dəyər.

Əkizlər - Ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz olacaq. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Axşam uzaq yola çıxmağa dəyər.

Xərçəng - Həddindən ziyadə uğurlu gündür. Ovqatınız xoş, maddi durumunuz isə qənaətbəxş olacaq. Odur ki, bu istiqamətdə aktivliyinizi artırmalısınız. Ailə problemlərinə biganə yanaşmayın.

Şir - Şəxsi büdcənizdə irəliləyişə nail olmaq üçün gözəl şanslarınız var. Uzun müddət ala bilmədiyiniz borclarınızı və ya haqqınızı almaqda ulduzlar sizə kömək göstərəcək. Axşamı evdə keçirin.

Qız - Olduqca müəmmalı gündür. Ətrafınızda cərəyan edən proseslərdən baş çıxara bilməyəcəksiniz. Bu səbəbdən də hər hansı addımı atmazdan qabaq ehtiyat tədbirlərinizi artırmalısınız.

Tərəzi - Müəyyən məziyyətlərinə görə uğurlu gün hesab etmək olar. Ailə-sevgi münasibətlərindən tutmuş iş prinsipinə qədər rastlaşdığınız olaylar yalnız xeyirli olacaq. Özünüzü bədbinləşdirməyin.

Əqrəb - Göy qübbəsinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamısınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Gününüzü daha maraqlı etmək üçün qonaq getməyə çalışın.

Oxatan - Son vaxtlar özünüzə qapılmağınız heç də ulduzların xoşuna gəlmir. Çünki bu kimi hallar insanın ümidini qırır. Nahardan sonra qonaq gedin ki, fikriniz dağılsın. Pul da gözlənilir.

Oğlaq - Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə də iştirak edə bilərsiniz. Yeni iş üslubuna keçmək barədə bayramqabağı bir daha götür-qoy edin.

Dolça - Böyük dəyişikliklər astanasındasınız. Ulduzlar sürpriz dolu məqamlar yaşayacağınıza imkan verəcək. Amma belə anlarda kiməsə yalan satmaq, hiyləgərlik etmək yolverilməzdir.

Balıqlar - Neçə gündən bəri başladığınız işgüzar fəaliyyətinizi bu təqvimdə də davam etdirməlisiniz. İşlə bağlı qarşınızı kəsən bütün maneələri dəf etməyə çalışın. Kənar təsirlərə aludə olmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.