31.03.2018 Gündəlik Bürclər (31 Mart 2018 Günlük Bürclər)

30 Mart 2018
5 325
0
31.03.2018 Gündəlik Bürclər (31 Mart 2018 Günlük Bürclər)
Qoç - Lazımi adamlarla görüşlər təşkil etməklə problemli işlərinizi yoluna qoya bilərsiniz. Maddi sıxıntılarınızın azalacağını bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür.

Buğa - İşgüzarlığınızı artırmaq üçün ətrafınıza layiqli tərəfdaşlar toplayın. Aldığınız hər bir təklifə başdansovdu yanaşmamalısınız. Yeni işə keçmək planınız varsa, bu gün qəti qərar verməlisiniz.

Əkizlər - Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə də iştirak edə bilərsiniz. Tənbəlliyi bir kənara atın və öz səhvlərinizi başqasının ayağına yazmayın. Xilasınız məhz bundadır.

Xərçəng - Öhdənizə götürdüyünüz işlərə məsuliyyətlə yanaşsanız, günün sonunadək maddi durumunuzu təmin edə biləcəksiniz. Hətta özünüzü yaxşı aparsanız, maddi imkanınız qənaətbəxş olacaq. Hər boş sözə əhəmiyyət verməyin.

Şir - Axır ki, üzüntülü anlarınız başa çatacaq. Odur ki, bütün ciddi işlərin həllini sürətləndirməli, sevdiyiniz adamlarla yeni münasibətlər sisteminə keçməlisiniz. Ulduzlar uzaq səfərlərinizi təxirə salmamağı məsləhət görür.

Qız – Göy qübbəsinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamısınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Odur ki, haqq-ədalət prinsipinə əməl etməlisiniz. Ulduzlar sizə təzə xəbərlər də yetirəcək.

Tərəzi - Əsas diqqətinizi yarımçıq işlərinizin həllinə yönəldin. Paralel olaraq bir neçə işlə məşğul olmaq da yaxşıdır. Saat 15-dən sonra maraqlı adamlarla görüşəcəyiniz güman olunur. Amma bu görüşlər işlə bağlı olmayacaq.

Əqrəb - Astroloji göstəricilərə görə, ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz olacaq. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Görüş yerlərinə gecikməyin.

Oxatan – Bu təqvimi mənalı tərzdə başa vuracaqsınız. Xüsusən də sevgi münasibətlərində cərəyan edən proseslər ürəyiniz istəyən istiqamətdə inkişaf edəcək. Bacardığınız qədər darıxdırıcı işlərdən uzaqlaşın.

Oğlaq - Ətrafınızda mövcud olan "səbəbsiz" gərginlikdən narahat olmayın. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmasanız, vəziyyət yaxşılaşa bilər. Qida və yuxu rejiminizə fikir verin. Səhər saatlarında isə aldığınız təkliflərə razılıq verməyin.

Dolça - Əlinizə düşən fürsətdən istifadə etsəniz, bu gündən xeyli bəhrələnə bilərsiniz. Əks təqdirdə karyeranız üçün uğurlu anlar əlinizdən çıxa bilər. İnsanlara qarşı inamsızlığınız heç də yaxşı əlamət deyil. Müdiriyyətlə xoş davranın.

Balıqlar - Ulduzlar sürpriz dolu bir gün yaşayacağınıza imkan verəcək. Amma belə məqamda kiməsə yalan satmaq, hiyləgərlik etmək yolverilməzdir. Çünki sonradan bundan öz əleyhinizə istifadə edə bilərlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.