02.04.2018 Gündəlik Bürclər (2 Aprel 2018 Günlük Bürclər)

01 Nisan 2018
6 192
0
02.04.2018 Gündəlik Bürclər (2 Aprel 2018 Günlük Bürclər)
Qoç - Yeni işgüzar əlaqələr qurmaq üçün Göy qübbəsi şanslarınızı artıracaq. Amma gərək təşəbbüskarlıq qarşı tərəfdən olsun. Bu gün şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.

Buğa – Kifayət qədər düşərli gündür. Ulduzlar gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Günahlardan uzaq olmağa çalışın.

Əkizlər - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

Xərçəng – Ulduzlar sizə pul vəd edir. Bu səbəbdən əsas gücünüzü deyilən istiqamətə yönəldin. Fəaliyyət və məhəbbət istiqamətində sevindirici olaylar da baş verə bilər. Sirrinizi yalnız sirdaşa verin.

Şir- Ümumi götürdükdə uğurlu təqvim hesab etmək olar. Əksəriyyətlə müqayisədə daha çox büdcə artımı sizdə gözlənilir. Bu da hazırkı problemlərin həllinə kömək edə bilər. Bu gün yeni təkliflər də mümkündür.

Qız – Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.

Tərəzi - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, gün ərzində heç bir probleminiz olmayacaq. Nahardan sonra doğmalarınız və sevdiyiniz adamlarla daha mehriban davranın.

Əqrəb - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.

Oxatan – Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyalar, o cümlədən daşınmaz əmlak alqı-satqısında iştirak etməyəsiniz.

Oğlaq - Mənfi yüklü Ay bürcünüzdə olduğu üçün gün darıxdırıcı keçəcək, lakin hisslərinizi cilovlamağı bacarmalısınız. Çünki bu gün sizi böyük işlər gözləyir. Əsas vaxtınızı məhəbbətə həsr edin.

Dolça - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, artıq bürcünüzün aktiv ərəfəsi başlayıb. Şəxsi büdcənizdə və sevgi münasibətlərinizdə uğurlar da gözlənilir.

Balıqlar - Yeni görüş və məsləhətləşmələrdə iştirakınız gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Yaşca sizdən böyük olan təcrübəli adamlardan yararlanın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.