04.04.2018 Gündəlik Bürclər (4 Aprel 2018 Günlük Bürclər)

03 Nisan 2018
5 477
0
04.04.2018 Gündəlik Bürclər (4 Aprel 2018 Günlük Bürclər)
Qoç - Fəaliyyət müstəvisində çox diqqətli olun. Əks təqdirdə yersiz mübahisələr, ifrat yorğunçuluq ovqatınızı korlaya bilər. Əsas enerjinizi ailə-sevgi münasibətlərinə yönəldin.

Buğa - Axşam saat 18-ə qədər ümumi vəziyyət xeyrinizə olacaq. Nüfuzlu adamlarla bütün görüşləriniz müsbət nəticə verəcək. Sonrakı saatlarda isə doğmalarınızla bir yerdə olmağa çalışın.

Əkizlər - Təxminən saat 13-ə qədər xoşagəlməz işlərə cəlb oluna bilərsiniz. Buna baxmayaraq, belə hallarda öz mənafelərinizi qorumalısınız. Nahardan sonra bəxtinizin gətirəcəyi gözlənilir.

Xərçəng - İş metodunuzda yenidənqurma aparmağa səy göstərin. Bununla siz gələcək perspektivlərinizə işıq saça bilərsiniz. Səmərəsiz iş prinsipindən qaçın. Saat 16-18 arası təzə xəbərlər gözlənilir.

Şir- Rastlaşacağınız hadisələr daha çox öz rəftar və gedişlərinizdən asılı olacaq. Belə bir ərəfədə hansısa risk uğursuzdur. Planınızda varsa, bu gün mütləq səfərə çıxın.

Qız - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Amma maraqsız proseslərə müdaxilə etməsəniz, bunun qarşısını az da olsa, ala biləcəksiniz. Əsəblərinizi qoruyun. Axşamsa qonaq gedin.

Tərəzi - İşgüzar görüşlər keçirmək üçün çox səmərəli vaxtdır. Ona görə də bütün enerji və diqqətinizi məhz bu istiqamətə yönəltməlisiniz. Maliyyə sövdələşmələrinə isə girişməyin.

Əqrəb– Ulduzların düzümü bu gün ixtiyarın daha çox öz əlinizdə olduğunu göstərir. Odur ki, riskdən və həyatınız üçün önəmli olmayan məsələlərdən uzaq durun. Məsləhətləşmələrdən yayınmayın.

Oxatan - Əgər sağlıq durumunuza diqqət yetirsəniz, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Günün ikinci yarısında aldığınız hər bir iş təklifinə razılıq verin.

Oğlaq – İlk növbədə sizə əsəb gətirən adamlardan uzaq olmalısınız. Yoxsa bu hal bütün maddi-mənəvi sərvətlərinizi tari-mar edəcək. Hər hansı risk yolverilməzdir. Günortadan sonranı sevgiyə həsr edin.

Dolça - Ulduzlar taledən gileylənməyinizə heç bir əsas görmür. Çünki ixtiyarınızda olan bu təqvim sizə olduqca xoş ovqat bəxş edəcək. Məhəbbət amili isə başlıca xilas mənbəyinizə çevriləcək.

Balıqlar - Hər mənada əhəmiyyətli gündür. İstər fəaliyyət göstərdiyiniz sahələrdə, istərsə də qarşılıqlı münasibətlər zəminində uğurlarınız gözlənilir. Yalnız pulla bağlı qanqaraçılıq gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.