07.04.2018 Gündəlik Bürclər (7 Aprel 2018 Günlük Bürclər)

06 Nisan 2018
7 672
0
07.04.2018 Gündəlik Bürclər (7 Aprel 2018 Günlük Bürclər)
Qoç - Nəhayət ki, sizin dövranınız da gəlib çatdı. Bütün Göy qübbəsi müdafiənizə qalxdığından qarşınıza qoyduğunuz hər bir ədalətli iş xoş sonluqla qurtaracaq. Səfərə çıxmağa dəyər.

Buğa - Ulduzlar məsləhət görür ki, bu gün aldığınız bütün dəvətləri təxirə salıb dincəlməklə məşğul olasınız. Əks təqdirdə ailə üzvlərinizlə aranızda xoşagəlməzliklər baş qaldıra bilər.

Əkizlər - Ümumi yorğunluğunuzu nəzərə alıb maraqlı guşələrdə istirahətə can atın. Məhz bu addımınız ümumi narahatlığınıza son qoya bilər. Nahardan sonra yeni xəbərlər eşidəcəksiniz.

Xərçəng - Hər mənada düşərli ərəfədir. Vaxtilə buraxdığınız səhvlərdən, eləcə də sizə qarşı törədilən haqsızlıqlardan bir daha nəticə çıxarın. Günün uğurları sizdən yan keçməyəcək.

Şir - Ulduzların düzümü bu təqvimdə bəzi problemlərlə baş-başa qalacağınızı bəyan edir. Amma təmkin göstərməklə sabit vəziyyət yaşaya bilərsiniz. Tələbkarlığınızı zorakı müstəviyə keçirməyin.

Qız – Yaxşı olar ki, son bir həftədə yığdığınız yorğunluğu məhz bu təqvimdə əridəsiniz. Yoxsa səhhətinizdə ciddi fəsadlar baş qaldıra bilər. İş istiqamətində dönüş yaratmağınız vacibdir.

Tərəzi - Ulduzların düzülüşü yalnız ailə üzvlərinizlə rahatlıq tapacağınızı bəyan edir. Digər ünvanlarda, ələlxüsus da həmkarlarınızla davranışlarda hər şey tərsinə cərəyan edə bilər.

Əqrəb - Perspektivlərinizi reallaşdırmaq üçün müəyyən xərcə düşməkdən qorxmayın. Çünki bu barədə düşündükləriniz gerçəkləşsə, özünüzü xoşbəxt sanacaqsınız. Ümidli olun.

Oxatan – Qarşılaşdığınız hər bir hadisəyə soyuq başla yanaşın. Çünki hər hansı emosional reaksiyanız bütün planları poza bilər. Bu gün enerjiniz bol olduğundan heç nədən çəkinməyin.

Oğlaq - Astroloji göstəricilər qətiyyən darıxmayacağınızdan xəbər verir. Çünki sevdiyiniz insanların əksəriyyəti ətrafınızda olacaq. Keçmişdə olan xoşagəlməzlikləri tez-tez xatırlamayın.

Dolça - Bu gün qeyri-adi hansısa hadisə baş verməyəcək. Yaxşı olar ki, dincələsiniz. İnsanlarla davranışlarınızda və fəaliyyətinizdə yeni nüanslar əmələ gələcək. Qonaqlıq da mümkündür.

Balıqlar - Qarşınıza təzadlı bir gün çıxsa da, hadisələrin inkişafı boyu öz aktivliyinizi artırmalısınız. Reallığı qiymətləndirməyə çalışın. Saat 15-dən sonra qazanmaq ehtimalınız böyükdür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.