2018 Aprel Ayına bürclər nə vəd edirlər?, burcler, aylq burcler, 2018, astrology, ulduz fali, 2018 horoscope

Aprel Ayına bürclər nə vəd edirlər?

01 April 2018
3 624
0
Aprel Ayına bürclər nə vəd edirlər?
Qoç - Qoçun eşq evinin idarəçisi Günəş Aprel 2018in ilk iyirmi günündə Qoç bürcündə olacaq. Bu hədsiz cinsi güc, isti arzular, dərin duyğular, cəsarətli romantizm və bəziləri geri çevrilə bilməyəcək olan daha çox eşq təklifləri mənasını verir. Qısaca ehtiraslı instinktlər sizi idarə edəcək və Aprelin gündəmini əhəmiyyətli ölçüdə təyin edəcək. Digər tərəfdən hər şeyin rahat olacağını düşünmək səhvdir. Qoça və onun idarəçisi Marsa təsir edən, bəziləri uyğunlaşmasız, digərləri çox yaxşı olan ziddiyyətli planet mövqeləri Qoçun həyatını bu həftələrdə geniş miqyasda çətinləşdirəcək. Yaxşı olan şey budur ki, Qoçlar mübarizəni sevər! Qoçların karieri üçün Aprel 2018 çətin, lakin ehtiraslı və qərarlı olacağınız bir ay olacaq. Bu elə bir aydır ki, siz gözlənilməz maneələrin öhdəsindən gələcək, daha sonra zəfər qazana bilmək üçün dayanıqlı və inadçı olduğunuzu sübut edəcəksiniz. Günəş Qoç bürcündə olacaq, parlaqlıq və təsdiqlənmə istəyəcək və Qoçun idarəçisi Mars sizin karier və ictimai status evinizdə güclü, lakin əvvəl Saturnun sonra Plutonun maneələriylə qarşılaşdığı bir mövqedə olacaq. Döyüşə hazırlaşın, lakin zəfərinizi qarantiya altına almaq üçün döyüş mövzusunda açıq, strateji və hesablı davranın. Pula gəlincə Aprel ayında ulduzlar sizin üçün parlayır və səyləriniz məhsuldar olacaq. Bununla bərabər şans da sizdən yana olacaq. Aprel 2018 boyunca stress həmişə sizə yoldaşlıq edəcək. Qoçun xəstəliklər evinin idarəçisi Merkuri Qoç bürcündə olacağına görə, Aprel ayı boyunca, xüsusilə ayın ilk yarısında Merkuri retrograd hərəkət edərkən daha ciddi, sonraysa daha yüngül bəzi sağlamlıq problemləri ortaya çıxa bilər. Ayın ikinci yarısı müsbət inkişaflar və həllər gətirə bilər. 15 Apreldən sonra xüsusilə müalicə, müayinə, terapiya, bədən baxımı və həyat gigiyenanız mövzusunda çox şey edə bilərsiniz.

Buğa - Venera az qala bütün Aprel 2018 boyu öz cazibə və şəhvətini Buğalara borc verəcək. Buğadakı Venera sizin başdan çıxarma qabiliyyətinizi artıracaq, yolunuza uyğun mühitlər çıxaracaq. O eşqbazlıq, yeni eşq tapma, əyləncə, bəlkə də köhnə sevgilinizə geri dönmə və ya uzun vədəli əlaqədə rahatlıq üçün yaxşı şərtlər yaradacaq. Ayrıca Buğanın əlaqələr evini təqdis edən Yupiteri də unutmayaq! Nəzəriyyədə, davamlı bir xoşbəxtlik içində olacaqsınız. Praktikada aydın səmanız bəzi buludlarla kölgələnəcək, çünki Buğanın cütlər evinin idarəçisi Mars pis mövqedə olacaq. Lakin problemlər keçici olacaq və optimist ruh halınız geri gələcək. Professional mənada Aprel 2018 Buğalar üçün ümid verici və aktiv bir ay olacaq. Hərəkət və təşəbbüs planeti Mars Buğanın karier evinin idarəçisi Saturna hərəkət gətirəcək. Mars döyüşməyə və yarışmağa hazırdır (bu da bəzi mübarizələrin olacağı mənasını verir), lakin yaxşı mövqedədir və Buğa bürcüylə müsbət bucaq meydana gətirir, bu da onun müsbət istiqamətdə təsirli olacağı mənasını verir. Buna əlavə olaraq Buğanın iş evinin idarəçisi Venera tam da Buğa bürcündə müsbət və məhsuldar bir mövqedə olacaq. Ümumiyyətlə əlaqələriniz şans və pul gətirəcək. Bütün bunlara baxmayaraq iş pula gəlincə xüsusilə ayın ilk yarısında bəlkə də gözləmələriniz tam olaraq qarşılanmayacaq. Xoşbəxt və optimist görünüşünüz olacaq və əylənməyə və ictimailəşməyə çox açıq olacaqsınız. Aprel 2018 - in ilk iyirmi günündə bədən dayanıqlılığınız çox da yaxşı sayılmaz, buna görə istirahət edərək daha çox enerji toplamalı və özünüzə yaxşı baxmalısınız. Tibbi proseduralar (müntəzəm müayinə, bəzi tibbi problemləri həll etmə vs.) üçün Aprel yaxşı bir aydır. Ayın son on günündə tam olaraq formada olacaqsınız.

Əkizlər - Romantik təmin mövzusunda Aprel 2018 çox da yaxşı bir ay sayılmaz. Ortalamanın altında belə olsa bu ay sizin üçün hələ yaxşı ola bilər. Eşq planeti və Əkizlərin eşq evinin idarəçisi Venera çətin bir mövqedə olacaq və bununla bərabər bu mövqe planetin öz azad iradəsini məhdudlaşdıracaq. Bu da onun vəziyyətə nəzarət edə bilmədiyini, lakin yoluna çıxan problemləri həll edəcəyi mənasını verir. Əkizlərin əlaqələr evinin idarəçisi Mars da çətin bir mövqedə olacaq və bunun xaricində yanındakı planetlər (Saturn və Pluton) da ona sıx və maneə törədici bir mühit təmin edəcək. Lakin stəkanın dolu tərəfinə baxsaq Venera və Mars fırtına qoparacaq və zərər keçici və ya az olacaq. Bunun xaricində gələcək ay zövqlü anlar vəd edir, buna görə o zamana qədər səbirli və şən olun. Ayın ilk yarısında aşmanız lazım olan maneələr olsa belə Aprel 2018 - də ümumiyyətlə professional həyatınız yaxşı davam edəcək. Günəş və Merkuri şanslı evdə olacaq, Əkizlərə yalnız yaxşı statusu olan insanlardan gələcək dəstək xaricində yoldaşlar, şagirdlər, cəmiyyət və fanlardan gələcək dəstək də vəd edir. Aprel boyunca, xüsusilə də üçüncü həftədə çox məşhur olacaqsınız. Əkizlərin karier evinin idarəçisi Yupiter kimsə tərəfindən narahat edilməyəcək və iş mövzusunda sizə məhsuldarlıq və şövq gətirəcək. Pulla əlaqədar işlər bir az qarışıq görünür, çünki Mars, Saturn və Pluton Əkizlərin maliyyə evlərindən birindədir, bu da itirmə riskinizin çox böyük olduğundan xəbər verir. Mali təşkilatlarla (banklar, sığorta vs.) olan əlaqələrinizdə xüsusilə ortaqlıqdan gələn pul və ortaq sərmayə mövzusunda diqqətli olmanızda fayda vardır. Yaxşı ki, Aprel 2018 - də sağlamlıq mövzusunda problem olmayacaq. Həyat verici Günəş və Əkizlərin idarəçisi Merkuri yaxşı bir evdə olacaq və sağlamlıq evinizin idarəçisi də Yupiterin qorunması altında olacaq. Lakin digər tərəfdən, Əkizlərin sağlamlıq evinin idarəçisi Mars çox da yaxşı bir mövqedə deyil, bu da xüsusilə ayın ilk yarısı sizə bəzi problemlər yaşada bilər. Nəticə olaraq, qarşınıza çıxa biləcək potensial problemlərdən uzaq dayanmalı və onları o anda həll etməlisiniz.

Xərçəng - Eşq həyatına gəlincə Aprel 2018 Yengəclər üçün rahat bir ay olmayacaq. Mars, Saturn və Pluton birlikdə Yengəcin əlaqələr evində var. Onlar çətin planetlərdir və bu vəziyyətə laqeyd yanaşmaq olmaz. Beləcə eşq həyatınızda bəzi problemlər yaşaya bilər və ya cütlük olaraq xarici faktorlar üzündən çətin zamanlardan keçə bilər və ya bəlkə də sevdiyiniz adam sizə də təsir edəcək olan pis şeylər yaşaya bilər (professional mənada, sağlamlıq mövzusunda vs.). Bu astroloji mövqe ilə ən yaxşı mübarizə etmək üçün onun enerjisindən istifadə etməlisiniz ki, sizə çox təsir etməsin. Ən yaxşısı sevdiyiniz adamla birlikdə gücünüzü, dayanıqlılığınızı və ehtirasınızı test edəcək çətin bir proyekti boynunuza götürmək. Yaxşı xəbər budur ki, hansı problemlərlə üzləşsəniz üzləşin, dəstək və həllər yolunuza çıxacaq, çünki Venera və Yupiter Yengəcin əlaqələr eviylə uyğun bucaqlar əmələ gətirəcək. Yengəcin karier evi Aprel 2018 - də çox aktiv olacaq: burada Uran, Günəş və Merkuri vuruşacaq. Bu kombinasiya yenilik, zəka, yenidən icad yoluyla müvəffəqiyyət düşüncəsinə gətirib çıxarır. Merkuri Aprelin ortalarında xətti hərəkətə qaldığı yerdən davam edəcək, bu da Yengəclərin işlərində yaxşıya dönüş yaradacaq. Yengəcin 11 - ci evində olan Venera sizə yaxşı imic və cəmiyyətlə, qruplarla yaxşı əlaqələr vəd edir. Lakin iş birlikləri artıq güclü yanınız ola bilməyəcək və Mars, Saturn və Yengəcin əlaqələr evində olan Pluton rəqabət, hüsumət, ayrılıq, üzləşmə, hücumlar, iddialar və ya hətta məhkəmə iddialarına işarə edir. Buna görə razılaşmalar və ortaqlıqlar mövzusunda, xüsusilə çox pul söz mövzusudursa diqqətli olmalısınız. Stress və daha çox stress. Aprel 2018 sizi rahatlıq bölgənizdən çıxaracaq çətin bir ay olacaq. Eyni zamanda əlaqəniz yoluyla yaşanan stress sizi romantik istiqamətdən elə yoracaq ki, bu sağlamlığınıza zərər verəcək. İstirahət etməli və rahatlamalısınız. Son olaraq qarşıdurma, şiddət, yaralanma və döyüş ehtiva edə biləcək hər hansı bir vəziyyətdən uzaq dayanmanızda fayda vardır.

Şir -
Veneranın zenitdə olmasıyla Aprel 2018 - də Aslanlar üçün ən əhəmiyyətli mövzu əlaqə vəziyyətləri olacaq. Əlaqəniz və karier və ya ictimai statusunuz arasında bir əlaqə ola bilər və ya siz məşhur və ya yüksək mövqeli biriylə əlaqə yaşaya bilərsiniz. Ya da heç olmasa əlaqəniz ortaya çıxacaq və hər kəs sizdən danışacaq. Aslanın cütlər evinin idarəçisinin mövqeyi fərqli bir əlaqəyə də işarə edir: bir tərəfdə eşq həyatınız digər tərəfdə zərurət, məsuliyyət və səyin olacağı bir əlaqə. Sanki hərəkət etmə və qərar vermə gücünüz çox deyilmiş kimi hiss edəcəksiniz: bəlkə də plankanı çox yüksəyə qaldırmısınız və ya qaydalar və razılaşmalara itaət etmə zəruriliyiniz varmış kimi hiss edəcəksiniz. Aslanlar üçün Aprel 2018 möhkəm iş ayı olacaq. İş həddindən artıq çox hətta məcburedici olacaq və bəzi vəziyyətlərdə çətin qərarlar vermənizi tələb edəcək. Müvəffəqiyyət səbir, mütəşəkkil olma və planlamada yatır. Əgər bəzi məsuliyyətlərinizi təhvil verməyi düşünürsünüzsə, bu adamı müdrik şəkildə seçməli və onun bu vəzifə üçün kafi olub olmadığından əmin olmalısınız. Aprel 2018 boyunca əlaqələriniz professional həyatınıza təsir edə bilər. Yaradıcı səylərdə müvəffəqiyyətlisiniz. Səyahətlər, uzaq məsafədən iş, akademik iş və mədəniyyət sahələri mükəmməl nəticələr ala biləcəyiniz mövzulardır, xüsusilə əgər bu sahələrdə təcrübəniz varsa. Pul mövzusunda ayın ortalarından etibarən məhsuldar bir dövrə girəcəksiniz. Aprel 2018 - də istəsəniz və istəyəməsəniz də ən yaxşısı mümkün olduğunca çox çalışmanız. Beləcə iş və eyni zamanda sağlamlıq evinizdəki planetləri məşğul vəziyyətdə buraxacaqsınız. Əgər bunu etməsəniz Mars, Yupiter və Saturn fiziki baxımdan təhlükəli ola bilərlər. Lakin özünüzü yormamağa çalışın; bədəninizin yaxşı çalışdığından əmin olun və əgər bir şeylər yolunda getməzsə mütləq həkim müayinəsi üçün zaman ayırın. Bir şey daha: qəzalardan uzaq dayanmalı, xüsusilə iş görərkən təhlükəsizlik üçün lazımlı tədbirləri almalısınız.

Qız - Qız bürcünün evlilik evinin idarəçisi olan Yupiter və sizin evlilik evinizdə olan Neptun planeti arasında uyğun bir əlaqə olacaq və sizə 2018-ci ilin Noyabr ayına qədər romantik xoşbəxtlik verəcək. Əgər intellektual bağlılıq və yaxşı ünsiyyət içində olsanız, (Yupiter Qız bürcünün 3 - cü evində olacaq) hər şey yaxşı olacaq. 2018 - ci ilin Aprel ayında eşq planeti olan Venera da Qız bürcünün məlumat oxunda yerini alacaq, lakin 9 cu evdə Yupiter planeti ilə zidd bucaq meydana gətirəcək. İndi hər şey dəyərlər, mədəni ehtiyac və ya ruhi səyahətə qatılma istəyindən doğulacaq. Eşq siz və sevgiliniz ünsiyyət zamanı və ya səyahət edərkən, yeni üfüqləri kəşf etdiyiniz sırada tumurcuqlanacaq. Cinsilik gərgin olacaq və əhəmiyyətli, davamlı və qəti duyğular tələb edir. Əgər buna zehni dəstək olmasa, stress, əsəb və səmimi olmayan duyğular yığınına çevrilə bilər. Aprel 2018 - də Qız bürcünün idarəçisi Merkuri planeti və eyni zamanda Qız bürcünün karier evinin idarəçisi - pul ilə əlaqəli evdə olacaq. Və ilk iyirmi gün boyunca bu planetə Günəş köməkçi olacaq. Beləcə Aprel ayında pul, iş, sərmayə, bankla əlaqələr əhəmiyyət daşıyacaq. Qız bürcünün pul ilə əlaqəli olan digər evinin idarəçisi Venera eyni evdə olacaq: Güclü və möhkəm, çox çalışqan, mədəni , elmi və ya yüksək təhsilli ətraf ilə əlaqə içində olma, uzaqdan və ya onlayn biznes qurma, xaricilərlə iş əlaqəsi, iş səyahəti, idxal - ixrac gözlənilir. Qız bürcünün iş evinin idarəçisi yaxşı bir vəziyyətdədir, lakin Mars tərəfindən təzyiq altındadır, beləcə bəlkə də çox gərgin bir dövr olacaq. Aprel 2018 - də siz yaxşı bir fiziki görünüşə sahib olmayacaqsınız, hətta bəzən siz olduğunuz kimi hiss edəcəksiniz. Bir sıra müsbət ruh halından sonra sizi narahatlıq və ya mənfi ruh halı izləyəcək; yaxşı bir bünyəniz olduğunu düşünə bilərsiniz, lakin batareyanız bitmək üzrədir. Kobud və riskli idmanla məşğul olmaq indi sizə tövsiyə olunmur, lakin siz çalışaraq orta səviyyəli bir fiziki görünüşə sahib olacaqsınız. Fiziki partlayış və seks üçün sekslə məşğul olmaq sizdə narahatlıq yaradacaq. Kitab oxuma, gəzinti və söhbət etmək sizi istirahət etdirəcək.

Tərəzi - Tərəzi bürclərinin əlaqələri 2018 - ci ilin Aprel ayı çox əhəmiyyət daşıyacaq. Günəş Uran planetinin bir neçə il öz evi kimi istifadə etdiyi Tərəzi bürcünün evlilik evindən keçəcək və Merkuri planeti də geri girməyi dayandıracaq və doğru düzgün hərəkət edəcək. Eşq, evlilik və ailə həyatı sizin mərkəz nöqtəniz olacaq və sizin bütün enerjinizi istehlak edəcək. Xüsusilə Mars planeti sizin evlilik, ev, torpaq və ailə evinizdə olacaq. Bu da sizin evlə bağlı bəzi problemlərin həll edilməsi üçün qərarlı olduğunuzu və səy sərf edəcəyinizi göstərir, və ya valideynləriniz bu əlaqəyə təsir edəcək və ya evlə bağlı bəzi danışıqlar reallaşacaq. Bəlkə də bu romantikliyinizi gücləndirəcək və gündən günə həyatın həqiqətlərini izah edə biləcək və bu sahədə toxumlarınızı əkəcəksiniz. Ünsiyyətə keçməniz çox əhəmiyyətlidir. Ayın ikinci yarısı hər şey daha aydın olacaq. Aprel 2018 əməkdaşlıq, pul və torpaq Tərəzi bürclərinin əsas maraq sahəsi deyil. Siz torpaq, ərazi və ya əkinçilik, təbii mədənlərlə əlaqədar işlərdə çox məhdudlaşdırılacaqsınız. Rəqabət və əməkdaşlıq yenidən ələ alınacaq və bununla xatırlanacaq. Razılaşmalarda yenidən danışılma gərəyi duyulacaq. Bəzi köhnə proyektləri yenidən nəzərdən keçirə bilərsiniz. Bir tərəfdən siz böyük xərclərlə, gecikən borclarla və bəlkə də düyünlənmiş gəlirlərlə məşğul olacaqsınız. Digər tərəfdən maddi işlər mövzusunda çox şanslı ola bilərsiniz, əlavə gəlirlər olacaq və gəlir gətirən əlaqələrdə olacaqsınız. Bir xətt çəkərək hər şeyi bu xəttdən yuxarı daşısanız, siz qazanarsınız. 2018 - ci ilin Aprel ayı Tərəzi bürclərinin üzərinə hədsiz təzyiq tətbiq edəcək. Tərəzi bürcləri zidd bucaqlar və kvadratlarla bombalanacaq, planetlərin döyüşmək üçün düzülüşü sizi döyüşməyə məcbur edəcək və yoracaq. Bəlkə də bəzən lazım olandan çox kədərlənəcəksiniz. Yaxşı ki, Tərəzi bürcünün sağlamlıq evi mənfi təsirlərdən zəmanətli bir vəziyyətdədir və Tərəzi bürcünün idarəçisi Venera planeti də oradadır. Ən əhəmiyyətli şey istirahət etmək və daha optimist olmağa çalışmaqdır.

Əqrəb - Eşq həyatı mövzusunda Aprel 2018 - də siz yaşayan ən şanslı varlıqlardan birisiniz. Eşq planeti və Əqrəbin əlaqələr evinin idarəçisi Venera tam da idarə etdiyi evdə güclü və məhsuldar mövqedə olacaq. Heç bir pis bucaq onu narahat etməyəcək və buna görə sizə hər şeyin - eşq, rahatlıq, cazibə, yeni eşqlərdə şans, cütlüklər arası barış və dinclik - ən yaxşısını borc verəcək. Əqrəbin əlaqələrinə təsir edən digər ev - ehtiras və cinsilik evi - Yupiter tərəfindən idarə olunur və Yupiter Əqrəb bürcündə olacaq. Xoşbəxtliyi tapmaq üçün bilməcənin bütün parçalarına sahibsiniz, etməniz lazım olan yalnız və yalnız bilməcəni tamamlamaq. Hərəkət edin! Aprel ayı professional sahədə Əqrəblər üçün məcburedici olacaq, lakin yaxın gələcəkdə çox məhsuldar və əhəmiyyətli addımlardan xəbər verəcək. Əqrəbin karier evinin idarəçisi Günəş sizin iş evinizdə olacaq, bu da müvəffəqiyyətin ağır çalışma nəticəsində gələcəyini nəzərdə tutur. Bəzi limitləriniz ola bilər, onsuz da qoyulmuş bəzi qaydalara uyğunlaşmaq məcburiyyətində qala bilər və ya yerinə yetirilməsi çox da asan olmayan bəzi vəzifələr boynunuza götürə bilərsiniz. Bəzi vəziyyətlərin planlandığından daha fərqli yönə sürüşməsi və ya bəzi detalların yenidən nəzərdən keçirilməsi də mümkündür. Lakin bu dövr möhtərəmliyinizin mütəxəssis olaraq daha güclənməsi və bəzi professional problemlərin həll edilməsi üçün uyğun zamandır. İş birlikləri Aprel 2018 boyunca ümid verici olacaq və pul qazana biləcəksiniz. Enerji və canlılıq mövzusunda Aprel ayı əvvəlki aylara müqayisədə daha ortalama səviyyədə olacaq. Yaxşı olan budur ki, Əqrəbdə olan Yupiter sizi qoruyacaq. Lakin, Günəş və Merkurinin ikisinin də Əqrəbin sağlamlıq evində retrograd hərəkət etməsiylə, bəzi problemlərlə üzləşməniz və ya tibbi müayinə, müalicə, terapiya, həyat gigiyenanızı inkişaf etdirmə vs. kimi şeylərlə maraqlanmanız da mümkündür. Aprel 2018 boyunca əsəbləriniz gərgin ola bilər və səyahət edərkən və ya təhlükəli əşyalar və ya maddələrlə məşğul olarkən qəza keçirə bilərsiniz.

Oxatan - Aprel 2018 - in ilk iyirmi günündə Günəş şüalarıyla Oxatan bürcünün seks və ehtiras evini isidəcək. Merkuri eyni evdə ayın ilk yarısında retrograd, ikinci yarısında xətti hərəkət edəcək. Ayrıca ehtiras evinizdə elektrikli Uran çıxış edir, lakin son yeddi ildə onsuz da onun təsiri altında idiniz. Eşq həyatı mövzusunda bu planetlər xeyli xəbərdaredici təsir edəcək: qanınız sürətli hərəkət edəcək, içiniz titrəyəcək və yeni təcrübələrə ac olacaqsınız. Digər tərəfdən onlar sizə bir az fövrilik, vəziyyət dəyişikliyi və ya işlərin gözlənilməz dönüşünü də gətirə bilər. Mart və Aprel 2018 - in bəzi hadisələri sizi eşq, erotizm və uşaqlar mövzusuna daha yaxından baxmağa dəvət edəcək. Mars, Saturn və Plutonun ikinci evinizdə olmasıyla Aprel 2018 - in Oxatan bürcləri üçün çox yüksək pul gəlirli hadisələrlə dolu olması mümkündür. Hər üç planet çox çətin planetlərdir və əgər güclərini birləşdirsələr sizə pul mövzusunda bir çox çətinlik çıxara bilər və ya hətta ciddi maneələr və ya itkilər yaşada bilərlər. Lakin Mars, Saturn və Plutonun ortaq enerjisi eyni zamanda pul qazanmaq üçün iti zəkalılıqdan tamamıla vicdansızlığa qədər varan fantastik qərarlılığa da yol aça bilər. Maddi mövzularda, Aprel 2018 - də hər şeyi qara və ya ağ olaraq görəcəksiniz və qorxusuz davranacaqsınız. Lakin siz eyni zamanda işinizi sevəcək və qabiliyyət və yaradıcılığınızdan sonuna qədər faydalanacaqsınız. Bütün Aprel ayı reklam, yeni məhsul başlatma və promosiyalar üçün mükəmməl olacaq. Aprel 2018 xüsusilə ilk iyirmi gündə sizə hədsiz enerji və dinamizm gətirəcək. Bu enerji velosiped sürmək, rəqs, koordinasiya idmanları (eskrim, tennis vs.) kimi fiziki fəaliyyətlər üçün çox uyğun. Oxatan bürcünün sağlamlıq evində olan Venera, tibbi ətraflarla bağları təşviq edəcək, eyni zamanda gözəllik müalicələri, masaj, kosmetik əməliyyatlar və sizi gözəl hiss etdirəcək və göstərəcək hər şey üçün uyğun şərtlər təmin edəcək.

Oğlaq - Eşq planeti və Oğlağın ehtiras və seks evinin idarəçisi Venera Aprel 2018 - də tam olaraq eyni evdə olacaq. Bu da şəhvət, romantizm və erotik instinkt ilə dolu bir ay yaşayacağınız mənasını verir. Eşqbazlıq və macəraya açıqsınız və eşq fürsətləri daha da çox olacaq. Digər tərəfdən şəhvət planeti alovlu Mars Oğlaq bürcündə olacaq, bürcünüzdə olan Saturn və Plutonun qızışdırdığı komplekslərinizi, maneələrinizi və bezginliyinizi aşmağa çalışacaq. Belə tranzitlərlə, Oğlaqlar çətin zamanlardan keçə bilər və əlavə stress yaşaya bilərlər. Bu dövrdə istirahət etmə, xoşbəxtlik qaynağı və tarazlıq yaradıcılıq, əyləncə, tətil və ən əhəmiyyətlisi eşq yoluyla gələcəkdir. Əgər ailəniz varsa, eviniz və sevdikləriniz əsas hədəfiniz olacaq və uşaqlarınız xoşbəxtlik və ləzzət qaynağı olacaq. Aprel 2018 - də ehtiraslı və sonsuz dayanıqlılıqla dolu olacaqsınız. Mars, Saturn və Pluton Oğlaq bürcündə olacaq. Bunlar ağıllarına gələn düşüncələri yerinə yetirən və hədəflərinə çatana qədər imtina etməyən planetlərdir. İlki sizin bürcünüzün idarəçisi Saturn, digəri təşəbbüs və hərəkət planeti Mars və sonuncusu hədəfə kilidlənmə və idarə planeti Pluton. Bu kombinasiya möhkəm, qərarlı və mərhəmətsizdir və astroloqları narahat edir. Şansınıza, Aprel 2018 - də bu kombinasiya iki xeyirxah - Oğlağın karier evinin idarəçisi Venera və Yupiter tərəfindən yaxşı dəstəkləniləcək. Çox çalışsanız belə nəticədə siz müvəffəqiyyətli olacaqsınız və bəzi vəziyyətlərdə şans da sizin yanınızda olacaq. Aprel boyunca, mərkəz nöqtələriniz daşınmaz əmlak, ev, ofis, ümumi mərkəz olacaq. Ayın ikinci yarısı pul daha asanlıqla qazanılacaq. Mars, Saturn və Plutonun sizin bürcünüzdəki varlığıyla Aprel 2018 sıx və bəzən hətta təhlükəli bir ay olacaq. Yaralanma və ya qəzalara açıq olmamalı və özünüzü infeksiyalardan, zəhərlənmələrdən vs. kimi şeylərdən qorumalısınız. Ümumiyyətlə sakit, diqqətli və ciddi olmalısınız. İstirahət etmə və dincəlmək xüsusilə lazımlıdır. Yaradıcı səylər və ya hobbiylə məşğul olmanızın faydası olacaq, lakin hobbiniz sakit və zərərsiz olmalıdır.

Dolça - Aprel 2018 boyunca Dolçaların eşq həyatının əhəmiyyətli hissəsi ünsiyyət və zehni uyğunlaşmaya söykənəcək. Bu məzmunda sizin cütlər evinizin idarəçisi Günəş və erotizm evinizin idarəçisi Merkuri eyni yolda olacaq. Söhbətlər, düşüncə alış - verişi, mesajlar və intellektual maraqların paylaşılması sevgililər arasında yaxınlığı artıracaq və ya əgər istədiyiniz budursa yeni eşqə yol açacaq. Bəlkə də işlər çox vaxt yolunda getməyəcək (Çünki Merkuri Aprelin ilk yarısında retrograd hərəkət edəcək), lakin öyrənməniz lazım olan dərslər, kəşf ediləcək gerçəklər, genişlədiləcək mövzular olacaq: sevdiyiniz adamla ən həssas və gizli şeylər də daxil hər şeyi müzakirə etməyi öyrənəcəksiniz. Yupiterin Dolçanın karier evində olmasıyla, Noyabr ayına qədər işlər bu və ya digər yolla sizin lehinizə inkişaf edəcək. İşləriniz Aprel 2018 boyunca o qədər də asan olmaya bilər, sizin arzu etdiyiniz kimi çox seçim azadlığınız olmayacaq və ya özünüzü məhdudlaşdırılmış və ya maneə törədilmiş hiss edəcəksiniz. Bu bürcünüzün ənənəvi idarəçisi Saturn və hərəkət planeti və Dolçanın karier evinin idarəçisi Marsın sizin 12 - ci evinizdə çox rahat mövqedə olmaması üzündən belədir. Şansınızdan Saturn və Marsa Yupiter yoldaşlıq edəcək, buna görə hətta məhdudlaşdırıcı mühitlərdə belə bəzi yaxşı nəticələrə çatıla bilər. Ən əhəmiyyətli şey sizin zehni olaraq aktual vəziyyətlərə adaptasiya ola bilmənizdir. Ünsiyyət, səyahətlər, ticarət və intellektual səylər gün üzünə çıxacaq. Pul problem olmayacaq. Bu həssas bir dövrdür: Dolçanın 12 - ci evi çox məşğuldur, buna görə immunitetinizə və dayanıqlılığınıza pis təsir edə bilər. Sağlamlıq sahəsində həyatınıza gizlicə, sakitcə girəcək olan tərs təkamül riski və ya sizə çox uzun müddət təsir edəcək xəstəlik və ya qəza riski mövcuddur. Zehni və fiziki olaraq şişirtməkdən və çətinlik çəkməkdən qaçınmalı, intizamlı, ciddi və diqqətli həyat sürməlisiniz ki, hər hansı bir risk faktorunu ortadan qaldırasınız. Səyahət edərkən diqqətli olun!

Balıqlar - Balığın cütlər evinin idarəçisi Merkuri Aprel 2018 - də ən yaxşı vəziyyətdə olmayacaq: O Balığın pul evində olacaq, Oğlaqda olan Mars - Saturn - Pluton üçlüyüylə kvadrat yaradacaq və bunun xaricində ayın ilk yarısında retrograd hərəkət edəcək. Balığın romantik bağları böyük ehtimalla pul və ortaq iş mövzusuna çox əyildiyi üçün çox stressdən zərər görəcək. Bu eyni zamanda yoldaşlar arası bağlara və ya problemlərə çox təsir etməyən, yalnız xarici faktorlara təsir edən cütlərin xarici təzyiqlərlə üzləşəcəyi mənasına da gələ bilər. Lakin Balığın 3 - cü evində tranzit edən Eşq planeti Venera problemlərin uzlaşma, diplomatiya və zarafatlarla həll edilə biləcəyinə eyham vurur. Pul Aprel 2018 boyunca Balıqların prioritet mövzularından biri olacaq. Günəş və Merkurinin Balığın 2 - ci evində olmasıyla, gəlirinizi artırmaq, bəzi işlər görmək, böyük xərcləmələr, almaq, satmaq və ya daha çox əlavə gəlir üçün yeni yollar tapmaq üçün çalışacaqsınız. Bəlkə də bütün bunlar bəzi kollektiv hərəkət, dostlar qrupu, təşkilat və ya ortaqlıqlar ilə əlaqədar olacaq. Əgər elə isə, o zaman pulunuzu asan itirəcək yerlərə qoymazdan əvvəl iki dəfə düşünün. Həqiqi təminat ağılınızdan, sözlərdən və qabiliyyətlərinizdən istifadə etdiyiniz səylərdən gələcəkdir. Aprel boyunca görüşmələr və səyahətlər zövqlü və faydalı olacaq. Veneranın Balığın 3 - cü evində olmasıyla Aprel 2018 - də ruh halınız mükəmməl, optimist, xoşbəxt və şən olacaq. Fiziki vəziyyətiniz də pis sayılmaz: formanız yaxşıdır və sağlamlıq problemləri çox görünmür. Digər tərəfdən sürpriz faktorunu tamamilə gözardı etməməlisiniz, çünki bu faktor Aprelin ikinci on gündəliyində Balığın xəstəliklər evinin idarəçisi Günəş Uranla qovuşma etdiyi zaman ortaya çıxa bilər.
astroloq.com
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz