17.04.2018 Gündəlik Bürclər (17 Aprel 2018 Günlük Bürclər)

16 Nisan 2018
5 205
0
17.04.2018 Gündəlik Bürclər (17 Aprel 2018 Günlük Bürclər)
Qoç - Riskli işlərə, nəticəsinə əmin olmadığınız sövdələşmələrə girişməyin. Daha çox evdə, ailə üzvlərinizlə, dostlarınızla bir yerdə olmağa çalışın. Qonaq getmək də olar.

Buğa - Günün ümumi görüntüsü qarşıdurmalarla müşayiət olunacaq. Nə qədər çətin olsa da, əsəblərinizi cilovlamağa çalışın. Bunu bacarsanız, axşama yaxın ovqatınız yüksələ bilər.

Əkizlər - Ətrafınızda olan xeyirxah insanların qədrini bilin. Onsuz da həyatda təkbaşına çox şeyə nail ola bilmirsiniz. Yersiz ittihamlara, dedi-qoduya əhəmiyyət verməklə səviyyənizi endirməyin.

Xərçəng - Bu gün yeganə probleminiz səhhətinizlə bağlı ola bilər. Odur ki, əsəbi situasiyalardan, daxili soyuqdəymədən qorunmalısınız. Qalan məsələlərdə isə ciddi probleminiz olmayacaq.

Şir - Dünyanı düzəltmək fikrindən vaz keçin. Özünüzü və ətrafınızdakıları ədalət müstəvisinə çəkə bilsəniz, bu da böyük işdir. Nəzərə alın ki, insanları inandırmaq qabiliyyətiniz aşağıdır.

Qız – Mistik düşüncələrə ciddi yanaşmayın. Əksinə, bu gün uğurlu məqamlar yaşayacaqsınız. Maddi çətinliyi özünüzə dərd etməyin. Axşam çoxdan görüşmədiyiniz yaxınlarınıza baş çəkin.

Tərəzi – Qarşınızda duran bu təqvimdə çoxdan görmədiyiniz dost və qohumlarınıza baş çəkin. Nahar ərəfəsində aldanma ehtimalınız olduğu üçün bir qədər tədbirli olun.

Əqrəb – Əvvəlki günlərdə verdiyimiz tövsiyələrə əməl etmisinizsə, təxminən saat 12-dən başlayaraq iştirakçısı olduğunuz proseslər xeyrinizə cərəyan edəcək. Özünüzə təzə geyim alın.

Oxatan - Ulduzlar ovqatınızı yüksəltmək üçün əllərindən gələni edəcəklər. Amma heç olmasa, özünüz də buna azacıq cəhd etməlisiniz. İnsanlara qarşı gülərüz münasibət göstərin.

Oğlaq - Fəaliyyət istiqamətində vaxtınızı çox itirməyin. Onsuz da nəzərdə tutulan nəticəni əldə edə bilməyəcəksiniz. Buraxdığınız səhvləri etiraf etməyi və bağışlamağı bacarmalısınız.

Dolça - Hiss olunur ki, bu gün ümumi gərginlik ovqatınıza hakim olacaq. Elə isə bütün gücünüzü toparlayıb neqativ hallara qarşı müqavimət göstərin. Enerjinizi boş yerə xərcləməyin.

Balıqlar - Bu təqvimin mahiyyətini romantik məcraya yönəltməklə ümumi gərginliyinizi azalda bilərsiniz. Əks cinsin nümayəndələri ilə mehriban davranın. Özünüzü zəhərlənmədən gözləyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.