20.04.2018 Gündəlik Bürclər (20 Aprel 2018 Günlük Bürclər)

19 Nisan 2018
5 284
0
20.04.2018 Gündəlik Bürclər (20 Aprel 2018 Günlük Bürclər)
Qoç – Ətrafınızdakı insanların sizə münasibətinin dəyişməsi işlərinizə hopan gərginliyi azaldacaq. Xüsusən də saat 15-dən sonra şəxsi işlərinizdə irəliləyişlər və şanslar baş verəcək.

Buğa - Təzə xəbərlər yolunuzu gözləyir. Ürəyinizcə olan və gələcəyiniz üçün böyük önəm daşıyan təkliflər də ala bilərsiniz. Bir sözlə, bu təqvim taleyinizdə əsaslı dönüş yarada bilər.

Əkizlər - Yaxşı olar ki, günün əsas hissəsini mənzil şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, açıq havada olmaq müəyyən qədər uğursuzluq gətirə bilər. Dinə zidd hərəkətlərə yol verməyin.

Xərçəng - Göy qübbəsi yalnız səfərlər üçün uğurlu təqvim yaşayacağınızdan xəbər verir. Doğmalarınıza, yaxınlarınıza baş çəkməyə dəyər. Hətta pulunuz olmasa belə, bir qədər borc götürün.

Şir - O qədər də uğurlu gün deyil. Bir tərəfdən səhhətinizlə bağlı problemlər, digər tərəfdənsə qarşılıqlı münasibətlərdə anlaşılmazlıqlar ovqatınızı poza bilər. Təmkinli olun.

Qız – Neçə gündən bəri yığılmış gərginliyiniz ümumi ovqatınızı aşağı salacaq. Odur ki, ciddi işlərə girişməyə dəyməz. Səhhətinizi qoruyun. Axşama yaxın maraqlı adamlarla görüşləriniz olmalıdır.

Tərəzi – Bu gün Bakı vaxtı ilə saat 13:43-də sizin bürc başladığı üçün hamıdan enerjili olacaqsınız. Maliyyə planlarınızın reallaşması sürətlənəcək. Həmkarlarınızla aranızda yaranmış soyuqluğu dəf edin.

Əqrəb - Maddi problemləriniz olsa da, işlə bağlı heç bir çətinliyiniz olmayacaq. Ulduzlar gələcək planlarınızı məxfi saxlamağı məsləhət görür. Hətta ən yaxın adamlarınıza belə sirr açmayın.

Oxatan - Mövcud gərginlikdən qurtulmaq üçün uzaq səfərə çıxmağınız məsləhətdir. Çünki həm fiziki, həm də zehni cəhətdən çox yorulmusunuz. Sevgi münasibətlərində səmimi olun.

Oğlaq – Bir çox yeniliklərin şahidi olacaqsınız. Bununla yanaşı, uğurlu sövdələşmələr aparmaq, banklarla işləmək üçün şanslarınız artacaq. Himayənizdəki uşaqların qayğısına qalın.

Dolça - Qarşınızda maraqlı bir təqvim durur. Bu səbəbdən də fürsətinizi fövtə verməyin. Sevdiyiniz adamlarla bir yerdə olun. İşgüzar münasibətlərdə ölçülü-biçili davranmağı da unutmayın.

Balıqlar - İxtiyarınızda olan bu təqvimi məhəbbət istiqamətinə yönəldin. Çünki gün ərzində ən yüksək ovqatı məhz sevgidən alacaqsınız. Nahardan sonra müəyyən qədər işlə məşğul olmaq olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.