27.04.2018 Gündəlik Bürclər (27 Aprel 2018 Günlük Bürclər)
Buğa - Kifayət qədər düşərli vaxtdır. Göy qübbəsi gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Bəxtinizə inanın.
Əkizlər - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.
Xərçəng - Yeni görüş və məsləhətləşmələrdə iştirakınız gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Təcrübəli adamlardan yararlanın. Bəxtinizdə pul da var.
Şir - Yeni əlaqələr üçün yaxşı vaxtdır. Sadəcə, qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Nahardan sonra fəaliyyət istiqamətində sevindirici olaylar da gözlənilir. Reallığı nəzərə alın.
Qız - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.
Tərəzi - Şəxsi büdcənizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.
Əqrəb - Vaxt tapıb bir qədər Axirət haqqında düşünün. Son yolumuz Oraya olduğu üçün savablarınızı artırmağa, hamı ilə mehriban davranmağa çalışın. Hakim Allahdır - məhz bunu anlamağa çalışın.
Oxatan - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, bu təqvimin şanslarını görüb aktivliyinizi birə-beş artırmalısınız. Nahardan sonra müqəddəs yerlərə gedin.
Oğlaq - Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyaların, o cümlədən daşınmaz əmlakın alqı-satqısında iştirak etməyəsiniz.
Dolça - Ümumi götürdükdə uğurlu təqvim hesab etmək olar. Əvvəla, əvvəlki beş bürclə müqayisədə büdcə artımı yalnız sizdə gözlənilir. Bundan başqa yeni təkliflər alacağınız da mümkündür.
Balıqlar - Ümumən darıxdırıcı təqvim olsa da, hisslərinizi cilovlamağı bacarmalısınız. Çünki qarşıda sizi böyük işlər gözləyir. Nahardan sonrakı ərəfəni bütünlüklə məhəbbətə həsr edin.