04.05.2018 Gündəlik Bürclər (4 May 2018 Günlük Bürclər)

03 Mayıs 2018
4 186
0
04.05.2018 Gündəlik Bürclər (4 May 2018 Günlük Bürclər)
Qoç – Daxili gərginliyinizi dəf etmək üçün özünə və gücünə etibar etdiyiniz insanlarla bir araya gəlin. Bu gün sizin ağıllı fikir və məsləhətlərə böyük ehtiyacınız olacaq. Axşamı evinizdə keçirin.

Buğa – Başa düşülməməyiniz sizi stress halına gətirə bilər. Buna qətiyyən yol verməyin. Çünki gün ərzində beyninizi dincəltmək əsas vəzifəniz olmalıdır. Qida və yuxunuza ciddi fikir verin.

Əkizlər – Ulduzların düzümü təkbaşına hansısa işə girişməyi yolverilməz sayır. Mütləq müttəfiq köməyindən istifadə etməlisiniz. Günün sonuna doğru maddi cəhətdən irəliləyişə nail ola bilərsiniz.

Xərçəng – Nahara qədər bütün gücünüzlə təmkininizi qorumağa çalışın. Bunu bacarsanız, növbəti müddətdə ciddi narahatlığınız olmayacaq. Davranışlarınızda daha çox ədalət prinsiplərinə söykənin.

Şir – Ümumi mənzərə müsbət ovqatdan xəbər verir. İştirakçısı olduğunuz proseslər daha çox xeyrinizə cərəyan edəcək. Mistik düşüncələrə dalıb özünüzü yormaqdansa, daxiliən hesabat verin.

Qız – Qarşınızda maraqlı bir təqvim durur. Hər hansı xoşagəlməzliyi gözləməyə dəyməz. Yaşca sizdən böyük olanlara diqqət ayırın. Əgər işlə bağlı olmasa, uzaq səfərə çıxmayın.

Tərəzi – İşləriniz çox olacaq. Üzərinizə düşən bütün öhdəliklərə məsuliyyət və sevgi ilə yanaşın. Əgər fəaliyyətinizə mane olmasa, yeni təklifləri rədd etməyin. Bu gün ağır qidalar yeməyin.

Əqrəb - Mübahisələr silsiləsinin sonuncu mərhələsindən keçməli olacaqsınız. Bu səbəbdən dəmir kimi möhkəm olmağa cəhd edin. Saat 15-18 arası xoş təsadüflərin də şahidi ola bilərsiniz.

Oxatan – Rastlaşdığınız bütün sıxıntı və gərginliklərə baxmayaraq, özünüzdə güc tapıb yeni mərhələyə hazır olmalısınız. Unutmayın ki, hərəkət etməsəniz, heç kim kənardan gəlib sizə yardımçı olmayacaq.

Oğlaq – Ailə üzvlərinizin, sevdiyiniz adamların nəbzini tutmağa çalışın. Əgər qüsur özünüzdə olarsa, üzr istəməkdən çəkinməyin. Qürurlu olmaq belə məqamlarda keçmir. Varlanma ehtimalınız var.

Dolça – İş günü olsa da, daha çox istirahətə vaxt ayırın. Çünki hər hansı fəaliyyət uğuru gözlənilmir. Əgər şərait yaransa yaxın ünvanlara qonaq getmək və ya sakit guşələrdən birində dincəlmək də olar.

Balıqlar – Astroloji göstəricilər ümumi proseslərdən müsbət nəticəyə gələcəyinizi bildirir. Ola bilsin ki, itirilmiş nüfuzunuzu da qaytarasınız. Bu gün mənfi yüklü ifadələr işlətməyin ki, gözdən düşməyəsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.