06.05.2018 Gündəlik Bürclər (6 May 2018 Günlük Bürclər)

05 Mayıs 2018
5 672
0
06.05.2018 Gündəlik Bürclər (6 May 2018 Günlük Bürclər)
Qoç – Tanrının ixtiyarınıza verdiyi bu təqvimdən pis heç nə gözləməyin. Əgər günaha aparan işlərdən uzaq dursanız, müjdələrin şahidi olacaqsınız. Az qala unutduğunuz qohumlarınızla əlaqə yaradın.

Buğa – Təxminən saat 12-yə qədər daxili gərginliyiniz xeyli səngiyəcək. Bu da rastlaşdığınız hadisələrdən doğacaq. Amma gərək siz də situasiyalara müvafiq davranasınız. Duzlu qidalardan qaçın.

Əkizlər – Bacardığınız qədər bu təqvimi təmkinli şəkildə yola salın. Başqalarının şəxsi işlərinə müdaxilə etməyin. Daha çox adi işlərin həlli ilə məşğul olun. Bu gün qurban kəsmək, ziyarətə getmək çox düşərlidir.

Xərçəng – Ünsiyyətdə olduğunuz hər kəsi ittiham etməkdənsə bir qədər öz üzərinizdə redaktələr edin. Dar macalda enerjinizi heç olmasa, sevgidən alın. Bu gün həqiqətə söykənmək, bağışlamaq çox gözəl olar.

Şir – Bu gözəl gündə bütün gücünüzü beyninizi artıq yüklərdən təmizləməyə həsr edin. Paralel iş və münasibətlər sizi bərk yorduğu üçün bir qədər təcrid olunun. İşdə özünüzü çox da yormayın.

Qız – Ümumi mənada düşərli vaxtdır. Əvvəlki günlərin gərginliyindən əsər-əlamət qalmayacaq. Saat 14-dən sonra gücünüzə güc qata bilən insanlarla görüşləriniz mümkündür ki, bundan imtina etməməlisiniz.

Tərəzi – Nahara qədər emosional sabitliyinizi qorumağa çalışın. Dəyərsiz şeylər barədə düşünüb enerjinizi azaltmayın. İndi sizə etibarlı dostlar və pul lazımdır ki, buna da dediklərimiz sayəsində çata bilərsiniz.

Əqrəb – Düşünməyin ki, qarşınızda duran vəzifələri yerinə yetirmək mümkünsüzdür. Əslində daxili tənbəlliyinizi bir kənara atmaqla, məsləhətlərdən yararlanmaqla hər şeyə nail ola bilərsiniz.

Oxatan – Qarşınızda nə qədər planlarınız varsa, hamısını günün ikinci yarısına saxlayın. Çünki məhz deyilən ərəfədə uğur məqamlarınız başlayacaq. O vaxta qədərsə ənənəvi fəaliyyətlə məşğul olun.

Oğlaq – Qarşınızda maraqlı bir təqvim durub. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət müstəvisində sizi qane edən proseslərlə rastlaşacaqsınız. Səfərlər planınızı isə bugünlük təxirə salın.

Dolça – Kosmik fon bürcünüzə əsrarəngiz bir gün yaşadacaq. Hər kəslə mülayim və ədalət çərçivəsində davranın ki, rəğbət qazanasınız. Səfərə çıxmaq uğurlu olsa da, axşam saatlarında diqqətli olun.

Balıqlar – Bu gün işdən daha çox müzakirələrə vaxt ayırın. Çünki apardığınız söhbətlər yaxın yarım ilin perspektivlərinə birbaşa təsir göstərəcək. Hər bir danışıq detalına xüsusi diqqət yetirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.