08.05.2018 Gündəlik Bürclər (8 May 2018 Günlük Bürclər)

07 Mayıs 2018
5 822
0
08.05.2018 Gündəlik Bürclər (8 May 2018 Günlük Bürclər)
Qoç - Ulduzların düzümü aldanma ehtimalınızın mümkünlüyündən xəbər verir. Odur ki, aldığınız hər təkliflə razılaşmayın. Nahardan sonra problemlərinizin həllində şanslar yaranacaq.

Buğa - Saat 14-ə qədər qarşılıqlı münasibətlərdə bəzi gərginliklərlə baş-başa qalacaqsınız. Qeyd olunan müddətdə təmkin göstərsəniz, sonrakı saatları rahat şəkildə başa vuracaqsınız. Riskdən uzaq olun.

Əkizlər - Qida rejiminizə xüsusi diqqət ayırın. İş günü olduğundan Göy qübbəsi bu təqvimdə uzaq ünvanlara qonaq getməyinizə izn vermir. Amma nahardan sonra müqəddəs yerləri ziyarət etmək olar.

Xərçəng - İxtiyarınızda olan bu təqvimdə maraqlı adamlarla görüşləriniz istisna olunmaqla, digər işlərinizdə elə bir yenilik gözlənilmir. Aldığınız təkliflərə tələsik razılıq verməyin, qarşı tərəfdən vaxt istəyin.

Şir - Neçə gündür astroloji göstəricilər işlərinizin heç də rəvan getmədiyini bildirir. Xüsusən də yersiz mübahisələrə tez-tez cəlb olunursunuz. Bu, sizə yaraşmır, özünüzü ələ alıb reallığa uyğun davranın.

Qız - Ətraf mühit sizi lazımi qədər qane etmədiyindən rahatlığınızı təmin edə bilmirsiniz. Müəyyən məkan dəyişikliyinə həvəs göstərməklə bu sıxıntılara son qoya bilərsiniz. Səfərə çıxmaq daha münasibdir.

Tərəzi - Fəaliyyətə ara verin. Ötən günlərdə dincəlməyə vaxtınız olmadığı üçün bu təqvimdən yararlanın. Hətta uzaq yola çıxmaq, qonaq getmək də uğurludur. Pul xərcləməkdən qorxmayın.

Əqrəb - Böyük dəyişikliklər astanasındasınız. Nəyi nədən başlamağı özünüz təyin etməlisiniz. Əgər seçimdən yaxşı istifadə etsəniz, ayın sonuna qədər günləriniz xoş keçəcək. Tərəf-müqabilinizə sayqı göstərin.

Oxatan - İşləriniz həddindən ziyadə çox olduğundan yorulacaqsınız. Buna baxmayaraq proseslərin sürətli inkişafında özünüzü itirməməlisiniz. İlk öncə nədən başlamağı konkretləşdirin. Kənar təsirlərdən yayının.

Oğlaq - Pulsuzluğa görə sıxıntı çəkməyin. Çünki proqnozlarınızı tərtib etdiyimiz bütün mənbələr maliyyə durumunuzun yaxşılaşacağını göstərir. Bu səbəbdən digər işləri təxirə salmaq da olar.

Dolça - Fəaliyyətlə bağlı müəyyən narahatçılıqla üzləşəcəyiniz gözlənilir. Bu səbəbdən də fiziki və zehni işləri təxirə salmalısınız. Ulduzlar saat 14-16 arası sizə qarşı təxribat gözlənildiyini bildirir.

Balıqlar - İstirahətinizi təmin etmək üçün bütün mümkün variantlardan istifadə edin. Onsuz da fəaliyyətinizdə hansısa uğur mümkün olmayacaq. Bu gün şəxsi büdcənizə mümkün qədər qənaət etməlisiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.