19.05.2018 Gündəlik Bürclər (19 May 2018 Günlük Bürclər)

18 Mayıs 2018
5 836
0
19.05.2018 Gündəlik Bürclər (19 May 2018 Günlük Bürclər)
Qoç - O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Bacardığınız qədər istirahət edin.

Buğa - Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələrə cəlb olunacağınız gözlənilir.

Əkizlər - Göy qübbəsi yalnız ev-eşiklə məşğul olmağınızı tövsiyə edir. Digər işləri isə hələlik təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olanların qayğısına qalın.

Xərçəng - İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb yorulmaqdan çəkinməyin. Kənar müdaxilələrə isə ciddi reaksiya verməyin.

Şir - Əgər bizneslə məşğulsunuzsa, bu gün bəxtiniz gətirə bilər. Çünki bütün göstəricilər uğurlu işbirliyi yaradacağınızdan, həmçinin varlanmağa başlayacağınızdan xəbər verir.

Qız - Saat 13-ə qədər sakit şəraitdə olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşam sevdiyiniz şəxslərlə görüşün.

Tərəzi - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan işlərdən yayınmalısınız.

Əqrəb - Maraqlı görüşlər və sövdələşmələr yolunuzu gözləyir. Bir qədər qətiyyətli olun. Bədxah adamlara qarşı rəhmli olmaq o qədər də səmərəli deyil. Ulduzlar qidanıza fikir verməyi məsləhət görür.

Oxatan - Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. İmkan daxilində ziyarətgahlara üz tutun.

Oğlaq - Bütün enerjinizi fəaliyyətə istiqamətləndirin. Çünki yaxın perspektivləriniz bugünkü addımlarınızdan birbaşa asılı olacaq. Daşınmaz əmlak alqı-satqısı ilə bağlı sövdələşmələrə getməyin.

Dolça - Bu mülayim təqvim sizin üçün həddindən ziyadə uğurlu keçməlidir. Ürəyinizcə olan şəxslərlə rastlaşmağınız, eləcə də təzə xəbərlər eşitməyiniz sizi sevindirəcək. Riskdən qorxmayın.

Balıqlar - Astroloji göstəricilər işgüzar səfərlərə çıxmağınızda qəbahət görmür, xüsusən də əgər bu, yeni fəaliyyətlə bağlıdırsa. Başqa məsələlərdə isə neytral qalmağınız məqsədəuyğundur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.