20.05.2018 Gündəlik Bürclər (20 May 2018 Günlük Bürclər)
Buğa - Gün ərzində müxtəlif xarakterli insanlarla təmaslarınız sizi bəzi mətləblərdən agah edəcək. Saat 16-18 aralığında isə ürəyinizcə olan hansısa hadisənin iştirakçısı ola bilərsiniz.
Əkizlər - Son vaxtlar ətrafınızda olanlara "soyuq adam" təsiri bağışlamaqdasınız. Əslində belə olmadığınız üçün daxilinizdəkiləri büruzə verməyə çalışın. Axşama doğru ovqatınız yüksələcək.
Xərçəng - Sizin qədər arzu-istəyi olan Zodiak işarəsi yoxdur. Amma niyyətlərinizin həyata keçməsi sizdən asılı olmadığı üçün gözləməlisiniz. Axı səbrliləri Allah da sevir.
Şir - Göy qübbəsi məsləhət görür ki, gün ərzində dinə zidd hərəkətlərə yol verməyəsiniz. Adicə kimisə acılamaq, xətrinə dəyən zarafat da olmaz. İşlə bağlı təkliflərə razılıq verin.
Qız - Maliyyə baxımından düşərli gün olsa da, ümumi ovqatınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.
Tərəzi - Bürcünüz "hakimiyyət"inin son sutkasını yaşayacaq. Deməli, daha böyük işlərlə məşğul olmalı, son vaxtlar dəb halını alan dedi-qodudan uzaqlaşmalısınız. Maddi baxımdan da yaxşı vaxtdır.
Əqrəb - Aktiv fəaliyyətə başlamaq üçün nəhayət ki, mühit yetişəcək. Bu səbəbdən proqnozunuzu oxuyan kimi hərəkətə keçin. Amma özünüzə müttəfiq seçərkən maksimum tədbirli olun.
Oxatan - Böyük layihələri reallaşdırmaq üçün əla vaxtdır. İdeyalarınızı həyata keçirməkdə pula heyifiniz gəlməsin, axı siz xəsis deyilsiniz. Bu gün davranış və üst-başınıza ciddi fikir verin.
Oğlaq - Aldığınız yeni iş təkliflərinə tələsik razılıq verməyin. Hər şeyi yüz dəfə ölçüb-biçin. Lazım gəlsə, daha təcrübəli insanlarla məsləhətləşin. Nəqliyyatda diqqətli olun.
Dolça - Genetik fonunuz gücləndiyi üçün əsasən doğmalarınıza qarşı mehriban olun. Hər hansı yersiz ittihamdan, köhnə haqq-hesabları aydınlaşdırmaqdan çəkinin. Ulularınıza duaları əsirgəməyin.
Balıqlar - Qarşınızda duran məsələləri həll etmək indi daha asandır. Sadəcə, qəti qərar vermək üçün özünüzdə güc tapmalısınız. İnanın ki, belə olsa, nəticədən razı qalacaqsınız.