26.05.2018 Gündəlik Bürclər (26 May 2018 Günlük Bürclər)

25 Mayıs 2018
3 549
0
26.05.2018 Gündəlik Bürclər (26 May 2018 Günlük Bürclər)
Qoç - Bu gün xırdaca mübahisəyə də getməməlisiniz. Əks halda, bəzi yaxınlarınızla aranızda soyuqluq yaranacaq. Situasiyaları kontrolda saxlasanız, axşam xoş ovqat qazanacaqsınız.

Buğa - Peşəyönümlü fəaliyyətinizdə uğurlu nüanslarla qarşılaşacaqsınız. Perspektivli görüşləriniz də istisna olunmur. Əzmkarlığınızı artırsanız, qazanc da əldə edəcəksiniz.

Əkizlər - O qədər də uğurlu gün deyil. Yalnız nahara qədər xırda nailiyyətləriniz ola bilər. Uzaq yola çıxmaq, riskli işlərə girişmək məsləhət deyil. Qida rasionunuzu zənginləşdirin.

Xərçəng - Maddi durumunuzda irəliləyişlər gözlənilir. Lakin hansısa vacib məsələdə yanlış qərar çıxarmaq ehtimalınız da var. Odur ki, proqnozumuzu oxuyan kimi tədbir görməyə hazırlaşın.

Şir - Sövdələşmə aparmaq üçün şanslı vaxtdır. Amma gərək danışıqlar ikitərəfli istiqamətdə baş versin. Məxfi təkliflərə başdansovdu yanaşmayın. Ciddi işləri bu günə salmayın.

Qız - Zamanın nəbzini tutmaqda hələ də çətinlik çəkirsiniz. Tərslikdən lazımi adamların köməyindən də bəhrələnmirsiniz. Bəlkə papağı qarşınıza qoyub yaxşı-yaxşı düşünəsiniz?!

Tərəzi - İşgüzarlığınız artıdığından qarşınıza qoyduğunuz məqsədlərin əksəriyyətini reallaşdıra bilərsiniz. Bəxtinizin gətirəcəyinə ümid edin. Nahardan sonra ovqatınız xeyli yüksələcək.

Əqrəb - "Hakim" olduğunuz bu dövrün maliyyə uğurunu görməyə başlayacaqsınız. Saat 13-16 arası bu istiqamətdə daha əlverişli şanslar qazana bilərsiniz. Qərarlarınızda qəti olun.

Oxatan - Cərəyan edən bütün proseslərə reallığın gözü ilə baxın. Çünki indiki dünya fantaziyaları qəbul eləmir. Səfərə çıxmaq üçün olduqca münasib gün olsa da, büdcənizə görə hərəkət edin.

Oğlaq - İş mane olmasa, səyahət və doğmalarla görüşmək üçün əlverişli vaxtdır. Maddi durumunuzda da nəzərəçarpacaq irəliləyişlər mümkündür. Bütün hallarda tənhalığa aludə olmayın.

Dolça - Təxminən saat 11-dən 15-ə qədər bəzi xoşagəlməzliklərlə rastlaşa bilərsiniz. Bu səbəbdən də həmkarlarınızla, rəhbərinizlə nəzakətli davranın. Yersiz mübahisələr zərərinizədir.

Balıqlar - Ulduzların düzümünə görə, bu təqvimdə hər şeydən əvvəl səhhətinizi qorumalı, şər işlərdən uzaq olmalısınız. Çalışın ki, hisslərinizi cilovlayasınız. Axşam sürprizlə rastlaşacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.