28.05.2018 Gündəlik Bürclər (28 May 2018 Günlük Bürclər)

27 Mayıs 2018
5 632
0
28.05.2018 Gündəlik Bürclər (28 May 2018 Günlük Bürclər)
Qoç - Maliyyə problemlərinizin mövcudluğuna baxmayaraq, hər iki gündən razı qalacaqsınız. Çalışın ki, görəcəyiniz işləri sistem halına salasınız. Qətiyyən tələskənliyə yol verməyin!

Buğa - Bayram gününü rahat tərzdə yola salsanız da, ertəsi günü müəyyən qədər gərginlik içərisində başa vuracaqsınız. Xüsusən də işlə bağlı xoşagəlməzliklər mümkündür. Hər halda tədbirli olun.

Əkizlər - Qərarlarınızdan dönməyin. Ən azı ona görə ki, Göy qübbəsi düz yolda olduğunuzdan xəbər verir. İkitərəfli danışıqlarda iştirak etməyiniz gələcək karyeranızda böyük rol oynayacaq.

Xərçəng - Bəri başdan anlayın ki, hər iki təqvimdə işləriniz hədsiz dərəcədə çox olacaq. Xüsusən də axşam saatlarınadək bərk yorulacaqsınız. Bu səbəbdən də sonrakı ərəfəni istirahətə həsr edin.

Şir - Hər şey çıxardığınız qərarlardan asılı olacaq. Tərəddüd etdiyiniz məsələlərdə etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Qonaqlıq və əyləncələr üçün münasib vaxt deyil.

Qız - Yaxşı olar ki, hər iki gündə bütün işlərinizi saat 16-ya qədər yekunlaşdırasınız. Çünki sonrakı ərəfə münaqişəli ola bilər. Bu arada yeni sövdələşmələrdə iştirakınız da gözlənilir.

Tərəzi - Hədsiz dərəcədə uğurlu gündür. Bu proqnozun reallaşması üçün əlinizdən gələni etməlisiniz. Aktiv olun. Yeni simalarla görüşləriniz, uğurlu sövdələşmələriniz də gözlənilir.

Əqrəb - Ulduzlar bəxtinizə uğurlu zaman kəsiyi yazıb. İstər qarşılıqlı münasibətlər zəminində, istərsə də iş prinsipində nailiyyətləriniz saysız ola bilər. Bir şərtlə ki, əsəblərinizi qoruyasınız.

Oxatan - Şəxsi taleyinizdə böyük dönüşə başlamaq üçün konkret addımlar atmağa başlayın. Xırda məişət problemlərinə, eyni zamanda dedi-qoduya əbəs yerə enerji itirməyin. Təklifləri qəbul edin.

Oğlaq - Bu gün uğurlu işgüzar sövdələşmələriniz gözlənilir. Təşəbbüskarlığı əldən verməyin. Baxmayaraq ki, ümumi işlər passivdir, nəzərdə tutduğunuz işləri başa çatdıra bilərsiniz.

Dolça - Yalnız qonaqlıq və səfərlər üçün düşərli ərəfədir. Maliyyə və fəaliyyət sahəsində isə gərginliklə üzləşə bilərsiniz. Bu arada vaxt tapıb müqəddəs ziyarətgahlara da baş çəkin.

Balıqlar - Şəxsi perspektivlərinizi reallaşdırmaq istiqamətində sizə mane olanların sayı durmadan artır. Odur ki, görəcəyiniz işlər barədə heç kimə informasiya verməyin. Bir az qapalı olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.