30.05.2018 Gündəlik Bürclər (30 May 2018 Günlük Bürclər)

29 Mayıs 2018
6 955
0
30.05.2018 Gündəlik Bürclər (30 May 2018 Günlük Bürclər)
Qoç - Ümumi halsızlığınızı nəzərə alıb ağır fiziki işlərə ara verin. Çünki səhhətinizdə baş qaldıran xoşagəlməzliklər buna imkan verməyəcək. Yeməyinizə və yuxunuza diqqət yetirin.

Buğa- Ulduzlara inansaq, müəyyən gərginliklərlə üzləşmə ehtimalınız var. Odur ki, ağlınız kəsməyən işlərə girişməməlisiniz. Nahardan sonra şəxsi büdcənizdə artım gözlənilir.

Əkizlər - Əksər bürclər kimi bu gün sizin bəxtinizdə də varlanma ehtimalı var. Odur ki, bütün gücünüzü bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu adamlarla görüşdən yayınmayın. Səhhətinizi qoruyun.

Xərçəng - Yersiz lovğalıq, acıdillilik etmək sizə yaraşmır. Hətta belə bir təqvimdə şit zarafatlara da yol verməməlisiniz. Hər bir məsələyə ciddi yanaşın. Sevdiyiniz adamları xoşhal edin.

Şir - Ciddi dönüş astanasındasınız. Hətta elə bir hadisə baş verə bilər ki, şəxsi taleyinizdə təkan olsun. Yaxşı olar ki, xırda məişət problemlərini kənara qoyub bəşəri ideyalar haqda düşünəsiniz.

Qız - Yalnız öz mənafelərinizə uyğun addım atın. Kənar məsləhətlərə və riskli işlərə ciddi yanaşmayın. İkitərəfli sövdələşmələrdə təşəbbüsü ələ alsanız, uğurlarınız da artacaq.

Tərəzi - Qarşınızda olduqca uğurlu bir gün durub. Aktivliynizi artırmaqla nəzərdə tutduğunuz mühüm işləri reallaşdıra bilərsiniz. Səbəbsiz məsələlərə görə əsəblərinizi korlamayın.

Əqrəb - Heç nədən narahat olmayın. İradəniz hesabına özünüzü daxilən rahatlayın. Ulduzlar nahardan sonra sevindirici xəbərlər, perspektivli təkliflər alacağınızı bildirir.

Oxatan - Neçə gündür ulduzlar əsəbi görkəm aldığınızı bəyan edir. Amma bu gün təxminən saat 12-dən sonra vəziyyət xeyrinizə dəyişəcək. Əsas diqqətinizi məhəbbət amilinə yönəldin.

Oğlaq - Elə hey pulsuzluqdan şikayət edirsiniz. Müşahidələrə görə bu, heç kimə uğur gətirmir. Deməli, usanmamalı, yalnız əzmkarlığınızı artırmalısınız. Axı indi sizin bürc hakimdir.

Dolça - Nahara qədər fəaliyyətlə bağlı bütün öhdəliklərinizi yerinə yetirməyə çalışın. Sonrakı müddətdə isə maraqlı görüşləriniz mümkündür. Bu gün büdcənizdə artım ola bilər.

Balıqlar - Aktiv gündür. Nə qədər çətin olsa da, ağıllı risk edib öz perspektivlərinizə yaxınlaşa bilərsiniz. İndiki məqamda sizə dəstək verənlər çox olmalıdır. Büdcənizdə artım da gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.