01.06.2018 Gündəlik Bürclər (1 İyun 2018 Günlük Bürclər)

31 Mayıs 2018
4 976
0
01.06.2018 Gündəlik Bürclər (1 İyun 2018 Günlük Bürclər)
Qoç - Astroloji göstəricilər iyunun bu ilk günündə nahardan sonra uzaq səfərə çıxmağınızı məsləhət görür. Digər sahələrdə bir qədər passivlik hökm sürdüyündən gün ərzində neytral qalmalısınız.

Buğa - İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb əzmkarlığınızı daha da artırın. Nahardan sonra büdcənizdə artım mümkündür.

Əkizlər - Saat 13-ə qədər ev şəraitində olmağınız vacibdir. Riskli iş görmək, uzaq yola çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşamsa qonaqlıq gözlənilir.

Xərçəng - İkitərəfli əlaqələr zəminində çox uğurlu gedişlər edə bilərsiniz. Bu ay üçün nəzərdə tutduğunuz iş planlarını məhz indi təyin etməlisiniz. Aldığınız təkliflər yalnız xeyrinizə ola bilər.

Şir - O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Özünüzü təmkinli aparmağa çalışın.

Qız - Göy qübbəsi yalnız ev-eşiklə məşğul olmağınızı tövsiyə edir. Digər işləri isə təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olanlara qayğınızı artırın. "Hirsli başda ağıl olmaz".

Tərəzi - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan ağır işlərdən yayınmalısınız.

Əqrəb - Bütün enerjinizi fəaliyyət prinsipinə istiqamətləndirin. Çünki gələcək perspektivləriniz ayın bu ilk günündən birbaşa asılı olacaq. Hər bir sövdələşmədə ötkəm olun.

Oxatan - Təzə əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. Axşam qonaqlığa getmək sizə rahatlıq gətirəcək.

Oğlaq - Bütün astroloji göstəricilər bu təqvimdə maraqlı səfərlərə çıxacağınıza işarə edir. Ürəyinizcə olan maraqlı adamlarla görüşləriniz də labüdləşəcək. Qətiyyən ac qalmayın.

Dolça - İyunun bu ilk günü sizin üçün həddindən ziyadə uğurlu keçəcək. Yalnız saat 13-15 arası mübahisələr mümkündür. Maraqlı şəxslərlə rastlaşmağınız, eləcə də yeni təkliflər sizi sevindirəcək.

Balıqlar - Demək olar ki, günün bütün saatlarında ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Əgər büdcəniz imkan versə, uzaq səfərə çıxmağa dəyər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.