02.06.2018 Gündəlik Bürclər (2 İyun 2018 Günlük Bürclər)

01 Haziran 2018
4 544
0
02.06.2018 Gündəlik Bürclər (2 İyun 2018 Günlük Bürclər)
Qoç - Maraqlı hadisələr yolunuzu gözləyir. Amma bu təqvimdə diplomatik qabiliyyətinizi maksimal tərzdə yüksəltməli, öz söhbətlərinizlə hamının diqqətini cəlb etməlisiniz. Gərginlikdən qurtulacaqsınız.

Buğa - Təxminən saat 17-yə qədər yalnız adi işlərin həlli ilə məşğul olun. Risk və ya qeyri-ənənəvi addımlar uğursuz ola bilər. Axşama doğru isə ürəyinizə yaxın adamlarla bir yerdə olun.

Əkizlər - Yeni əlaqələr yaratmaq, perspektivli sövdələşmələrdə iştirak üçün səmərəli vaxtdır. Bu, ay ərzində çox arzunuzun reallaşmasına xidmət edə bilər. Gün şüasından ehtiyatlanın.

Xərçəng - Böyük dəyişiklər astanasındasınız. Ruhdan düşməyə heç bir lüzum yoxdur. Kiminsə xətrinə dəyməyin. Əksinə, hamıya dəstək verin ki, onlar da gələcəkdə sizinlə həmdəm olsunlar.

Şir - Ulduzların düzümü daha çox maliyyə məsələlərində uğurlara nail olacağınızdan xəbər verir. Ələlxüsus da nahardan sonra büdcənizi artırmaq üçün bütün mümkün variantlardan yararlanmalısınız.

Qız - Müəyyən gərginliklə müşahidə olunsa da, bu, nəzərdə tutduğunuz planların reallaşmasında ciddi maneə yaratmayacaq. Saat 15-18 aralığında qarşınıza çıxan şanslardan yararlanmağa çalışın.

Tərəzi - Qərar verərkən mövcud situasiyaları mütləq nəzərə alın. Atdığınız addımları dəfələrlə götür-qoy edin. Axşama yaxın kimlərsə sizi sevindirə bilər. Gecə mütləq öz evinizdə qalın.

Əqrəb - Təxminən saat 19-a qədər nəzərdə tutduğunuz bütün ədalətli işlərdə müvəffəqiyyətə yaxın olacaqsınız. Sonrakı saatlarda isə davranışlarda özünüzü tənzimləməlisiniz. Səfərə çıxmayın.

Oxatan - Saat 14-ə qədər gözlənilən gərginlikdən sovuşa bilsəniz, günün qalan vaxtı rahat keçəcək. Buraxdığınız səhvlərə haqq qazandırmaqdansa, onları düzəltməyə çalışın. Bəxtinizdə pul da var.

Oğlaq - Səbəbsiz yerə qızışmaq, daima gileylənmək sizə zərərdir. Gərginliyinizi azaltmaq üçün başınızı işlə qatın. Bir də nəzərə alın ki, çoxuna baxanda sizin vəziyyət xeyli yaxşıdır.

Dolça - Çox güman ki, xeyli vaxtdan bəri görmədiyiniz adamlarla rastlaşacaqsınız. Bu amil sizi xeyli rahatlandıracaq. Ulduzlar nahardan sonra sizə başqa sürprizlər də vəd edir.

Balıqlar - Kənardan dəstəyin olacağını daha çox hiss edən ulduzlar boş dayanmamağı məsləhət görür. Nə qədər aktiv olsanız, uğurlarınız da bir o qədər artacaq. Bu gün uzaq yola çıxmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.