03.06.2018 Gündəlik Bürclər (3 İyun 2018 Günlük Bürclər)

02 Haziran 2018
5 288
0
03.06.2018 Gündəlik Bürclər (3 İyun 2018 Günlük Bürclər)
Qoç - Nahara qədər uğurlu bir zamandan keçəcəksiniz. Hətta çoxdan gözlədiyiniz bir təklif də ala bilərsiniz. Belə fürsəti hər an gözləyin. Təxminən saat 15-dən sonra isə ayıq-sayıqlığınızı artırın.

Buğa - Qarşılıqlı ünsiyyətdə olduğunuz hər kəslə ciddi davranın. Enerjinizi dedi-qodu və ya cəfəng söhbətlərə itirməyin. Əyalətlərə gedib istirahət etmək indi sizə çox lazımdır.

Əkizlər - Maraqlı bir təqvim yaşayacağınız güman olunur. Əgər şərait olsa, işlə az məşğul olun. Çünki işdən kənarda daha çox uğurlarınız mümkündür. Bu gün ziyarətgaha getməyiniz yaxşı olar.

Xərçəng - Yaxşı olar ki, əsas işlərə saat 12-dən sonra başlayasınız. Çünki əvvəlki ərəfə bir qədər qalmaqallı keçə bilər. Bu gün nüfuzlu və dəyərli insanlarla görüş keçirmək sizə səmərə verəcək.

Şir - Təəssüf ki, Göy qübbəsi ixtiyarınızda olan bu təqvimin mübahisəli keçəcəyini bəyan edir. Ələlxüsus da saat 14-17 aralığı əhvalınız pozula bilər. Özünüzü ələ alıb neytral mövqe tutun.

Qız - Bəxtinizdə çox düşərli bir təqvim dayanıb. Odur ki, nəyəsə cəhd edərkən hər an Ulu Tanrını başınız üzərində hiss edin. Yalnız bu halda özünüzü xoşbəxt hiss edəcəksiniz.

Tərəzi – Ulduzların düzümü enerjinizi daha çox fəaliyyət istiqamətinə yönəltməyi tövsiyə edir. Qarşılıqlı münasibətlərdə isə bacardığınız qədər ehtiyatlı olmalısınız. Çılğınlıq etməyin.

Əqrəb - Hədsiz dərəcədə uğurlu gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətinə yetişəcəksiniz. Maraqlı təkliflər, şəxsi büdcədə artım ovqatınızı xoş edəcək. Amma ən xırda detalları belə nəzərdən qaçırmayın.

Oxatan - Ulduzlar günün birinci yarısında qeyri-adi hansısa addımı atmamağı tövsiyə edir. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz. Sonrakı saatlarda isə sürprizlə rastlaşma ehtimalınız var.

Oğlaq - Qarşınızı kəsən maneələri dəf etmək üçün imkan qazanacaqsınız. Üstəlik, sevgi aləmində sürprizlərlə rastlaşacaqsınız. Səfərə çıxmaq, işgüzar söhbətlər aparmaq isə məsləhət görülmür.

Dolça - Perspektivli sövdələşmələr aparmaq istəyirsinizsə, vaxtı fövtə verməyin. Saat 11-dən başlayaraq paralel şəkildə aktivlik göstərin. Qərarlarınızda qəti olsanız, heç vaxt uduzmayacaqsınız.

Balıqlar - Maddi problemlərinizin qabarmasına baxmayaraq əsas gücünüzü sevgi amilinə yönəldin. Nəzərə alın ki, sizə ehtiyac duyanlar xoş bir sözünüzlə də kifayətlənə bilərlər. Səfərə isə çıxmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.