08.06.2018 Gündəlik Bürclər (8 İyun 2018 Günlük Bürclər)

07 Haziran 2018
5 350
0
08.06.2018 Gündəlik Bürclər (8 İyun 2018 Günlük Bürclər)
Qoç - Təxminən saat 13-ə qədər praktiki cəhətdən hər hansı yenilik gözlənilməsə də, sonrakı müddətdə vəziyyətin tam fərqli olacağına inana bilərsiniz. Ürəyinizdəki şübhələri qovun ki, təklənməyəsiniz.

Buğa - Həmkarlarınızla davranışları məcrasından çıxarmasanız, gün ərzində hansısa qanqaraçılığı ilə üzləşməyəcəksiniz. Pulla bağlı narahatçılığınız da qismən səngiyəcək.

Əkizlər – Qızğın iş günü olsa da, fəaliyyətə ara verib tamam fərqli zəmində iş aparmalısınız. Məhəbbət və qohumluq əlaqələrinə də vaxt ayırın. Gün ərzində maraqlı tanışlıqlar da gözlənilir.

Xərçəng - Daxili stresslərinizin çoxalması ətrafda olan hər şeyə narazılığınızı artırıb. Amma bunun yaxşı sonu olmadığı üçün bir qədər genişürəkli olun. Ümidinizi insanlara deyil, Allaha bağlayın.

Şir - Ulduzlar ötən günlərdə hamıdan çox yorulduğunuzu bəyan edir. Ona görə də bu günü istirahətə həsr etməyə çalışın. Əyləncə və qonaqlıqlara vaxt ayırın ki, yorğunluğunuz getsin.

Qız - Fəaliyyətdən daha çox qarşılıqlı münasibətlərə vaxt ayırın. Əgər deyilən istiqamətdə boşluq varsa, tələsin. Savab işlər görün. Bu gün sənədləşdirmə və müqavilələrdə mümkün qədər diqqətli olun.

Tərəzi - Diş və ya baş ağrılarına mübtəla olmamısınızsa, günün ümumi mənzərəsi sizi qane edəcək. Məhəbbət amilinə isə yalnız söz kimi yanaşmayın. Uzaq olmayan ünvanlara qonaq getmək olar.

Əqrəb - Ünsiyyətdə olduğunuz hər kəsin hörmətini qazanmağa çalışın. Kosmik durumun xeyrinizə tənzimlənməsi yarımçıq işlərin həllini sürətləndirməyi tələb edir. Dinə zidd addım atmayın.

Oxatan- Müqəddəs dinimizin ənənələrinə hörmətlə yanaşın, hamıya mərhəmət göstərin, xüsusən də sıx təmasda olduğunuz insanlara. O ki qaldı maliyyə durumuna, bu barədə narahat olmayacaqsınız.

Oğlaq - İşgüzar sövdələşmələri başa çatdırmaq, yeni layihələri reallaşdırmaq üçün günün şanslarından istifadə edin. Amma hər bir söhbətdə qarşı tərəfi sonacan dinləyib sonra qərar verin.

Dolça - Ötən günlərin gərginliyi nahara qədər davam etsə də, təmkinli olmaqla bu müddəti itkisiz başa vura bilərsiniz. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Darıxdığınız adamlarla mütləq əlaqə saxlayın.

Balıqlar - Daxili səsiniz qətiyyətli olmağı tələb edirsə, yalnız irəli atılın. Əmin olun ki, şanslar özü gəlib sizi tapacaq. Yaşlı doğmalarınızın fikirlərinə də hörmətlə yanaşın ki, mövqeləriniz sarsılmasın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.