12.06.2018 Gündəlik Bürclər (12 İyun 2018 Günlük Bürclər)

11 Haziran 2018
8 228
0
12.06.2018 Gündəlik Bürclər (12 İyun 2018 Günlük Bürclər)
Qoç - Maddi firavanlığa qovuşmaq üçün geniş imkanlarınız var. Boş oturmağa çalışmayın. Pul qoxusu gələn istənilən ünvana və şəxsə müraciət edin. Qeybətcil adamlardan uzaq olun.

Buğa - Təzadlı bir gün yaşayacağınız gözlənilir. Ulduzlar sizə qarşı bir neçə istiqamətdən təzyiqlər olacağını, buna baxmayaraq, perspektivli təkliflər alacağınızı bildirir.

Əkizlər - Sevgi münasibətlərində bir qədər anlaşılmazlıqlar mümkündür. Çalışın ki, bu amil mübahisə həddinə çatmasın. Səhvlərinizi etiraf etməyi bacarın. Bunun sizə yalnız xeyri dəyə bilər.

Xərçəng - Müntəzəm surətdə rastlaşdığınız şəxslərlə davranışlarınıza fikir verin. Özünüzü mehriban aparın. Qabiliyyətsiz adamlarla ünsiyyəti səngidin. Varlanmaq üçün imkan qazanacaqsınız.

Şir - Ailə zəminində müəyyən xoşagəlməzliklər gözlənilsə də, bu, yalnız günün birinci yarısını əhatə edəcək. Nahardan sonra isə xoş təsadüflərlə rastlaşacaqsınız. Axşam qonaq getməyə çalışın.

Qız - Şəxsi həyatınızda önəmli dəyişikliklər etmək istəyirsinizsə, bu gündən maksimum bəhrələnin. Aldığınız təklifləri düşünmədən rədd etməyin. Axşam təzə xəbərlər gözlənilir.

Tərəzi - İxtiyarınızda olan bu əsrarəngiz təqvimdə daha çox səhhətinizə fikir verməlisiniz. Nahardan sonra isə işgüzar sövdələşmələrə başlamaq, yeni əlaqələr yaratmaq xeyirlidir.

Əqrəb - Bir qədər gərgin gündür. Özünüzü istənilən təzyiq və təhlükələrdən qorumalısınız. Haqqınızın tapdanmasına yol verməyin. Yeri gəlsə, bu istiqamətdə sərt mövqe də nümayiş etdirin.

Oxatan - Risk etməkdən qorxmayın. Amma bilin ki, bu riski hansı məqsəd uğrunda edirsiniz. Başınızı qoruyun. Ulduzların düzümü şəxsi büdcənizdə müəyyən artımların olacağını bəyan edir.

Oğlaq - Məqsədlərinizi reallaşdırmaqda tənbəllik edirsiniz. Bu isə Göy qübbəsinin xoşuna gəlmir. Özünüzdə təpər tapın. Hər adama bel bağlamayın. Çünki bu dövrdə heç nə boş-boşuna əmələ gəlmir.

Dolça - Bu təqvimi bürcünüz üçün həftənin ən düşərli günü kimi dəyərləndirmək olar. Ələlxüsus da əməkdaşlıq zəminində uğurlu məqamlarla rastlaşacaqsınız. Sizə aid olmayan işlərə müdaxilə etməyin.

Balıqlar - Astroloji göstəricilər nə qədər yeni simalarla rastlaşsanız, bir o qədər nailiyyət qazanacağınızı bəyan edir. Əgər işlə bağlı məşğul deyilsinizsə, axşam mütləq qonaq gedin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.