13.06.2018 Gündəlik Bürclər (13 İyun 2018 Günlük Bürclər)

12 Haziran 2018
4 731
0
13.06.2018 Gündəlik Bürclər (13 İyun 2018 Günlük Bürclər)
Qoç - Ürəyinizin səsinə qulaq asın. İmkan verməyin ki, ideyalarınızın istiqamətini kimsə dəyişsin. İnanın ki, belə olarsa bütün cəhdləriniz reallaşacaq. Əyləncələrə aludə olmayın.

Buğa - Doğmalarınızla münasibətdə bir qədər mübahisə ola bilər. Buna görə də neytral olmalısınız, hətta səhv qarşı tərəfdə olsa belə. Saat 16-19 aralığında hər mənada ehtiyatlı olun.

Əkizlər - O qədər də uğurlu vaxt deyil. Bir tərəfdən səhhətinizdə problemlər, digər tərəfdənsə başa düşülməməyiniz ovqatınızı aşağı sala bilər. Səyyar fəaliyyətdən yayının.

Xərçəng - Kifayət qədər sürprizli vaxtdır. Ağlınıza gəlməyən istiqamətlərdən ürəyinizcə olan xəbər və ya təklif ala bilərsiniz. Fəaliyyətlə əlaqəli olmasa, heç bir uzaq səfərə çıxmayın.

Şir - İxtiyarınızda olan bu gündə işləriniz çox olacaq. Bu səbəbdən də ikitərəfli əməkdaşlığa başlamağa dəyər. Əmin olun ki, bu təqvimdə əziyyətlərinizin bəhrəsini görəcəksiniz.

Qız - Ulduzların düzümü şəhadət verir ki, günün ilk yarısını daha çox Allaha ibadətlə başa vursanız, sonrakı saatlarda heç bir maddi-mənəvi sıxıntı çəkməyəcək, gümrah olacaqsınız.

Tərəzi - Maraqlı insanlarla rastlaşacağınıza inana bilərsiniz. Ola bilsin ki, həmin şəxslər perspektivlərinizin reallaşmasına yardımçı olsun. Ünsiyyətdə acıdil və qərəzli olmayın.

Əqrəb - Nə qədər çətin olsa da, bu təqvimi təmkinlə başa vurmalısınız. Əks təqdirdə qarşıdakı ongünlük üçün nəzərdə tutduğunuz mühüm planlarınızın reallaşması xeyli çətinləşə bilər.

Oxatan - Maliyyə problemləriniz qabarmaqdadır. Lakin narahat olmağa dəyməz. Çünki qarşınızda duran günlərdə bu çətinliyiniz aradan qalxacaq. Nahardan sonra uzaq səfərə çıxmaq uğurludur.

Oğlaq - Təzadlı ərəfəyə təsadüf edən bu günü bir qədər mübahisəli şəkildə keçirəcəyiniz gözlənilir. Odur ki, özünüzü ələ almalı, insanlarla ünsiyyətinizi kifayət qədər məhdudlaşdırmalısınız.

Dolça - Günün ilk yarısında enerji yığmaq üçün yaxşıca istirahət edin. Çünki saat 13-dən sonra gözlənilmədən aktivləşəcəksiniz. Aldığınız bütün təkliflərə razılıq verin, büdcənizi dağıtmayın.

Balıqlar - Yaxşı olar ki, bu təqvimi bütünlüklə istirahətə həsr edəsiniz. Onsuz da fəaliyyət və pul qazanmaq istiqamətində heç bir uğur gözlənilmir. Buna baxmayaraq, rəsmi dəvətləri qəbul edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.