22.06.2018 Gündəlik Bürclər (22 İyun 2018 Günlük Bürclər)

21 Haziran 2018
5 572
0
22.06.2018 Gündəlik Bürclər (22 İyun 2018 Günlük Bürclər)
Qoç - Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Uzaq yola çıxmayın.

Buğa - Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Ümumiyyətlə, düşərli ərəfədir. Günün ikinci yarısı qonaq getmək, səfərə çıxmaq olar.

Əkizlər - Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olmayacaq. Sevgi zəminində yeni mərhələyə qədəm qoyacaqsınız. Hətta pul da mümkündür.

Xərçəng - Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Uzaq səfərlərdən imtina edin.

Şir - Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hansısa məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.

Qız - Bu ərəfə şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün böyük əhəmiyyət kəsb edəcək. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıq ucu gələn bütün yollara baş vurun.

Tərəzi - Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Ailə zəminində mehribançılığı tənzimləyin! Müştərək fəaliyyətə başlamaq üçün uğurlu vaxtdır.

Əqrəb - Saat 13-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracaqsınız. Doğmalarınızla mübahisə etməyin. Şəxsi büdcənizdə artım da gözlənilir.

Oxatan - Əgər ixtiyarınızda olan bu ərəfədən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik səyahətlər, maraqlı qonaqlıqlar bəxş edəcək.

Oğlaq - İxtiyarınızda olan bu təqvimdə aktivliyinizi artırmağınız vacibdir. Bunun öhdəsindən gəlsəniz, ulduzlar sizə yardımçı olacaq. Günün ikinci yarısında hər mənada ehtiyatlı olun.

Dolça - Əgər gələn həftəni səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gündən ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Nəzərə alın ki, Ay bürcünüzdədir.

Balıqlar - Bu gün yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaq. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.