29.06.2018 Gündəlik Bürclər (29 İyun 2018 Günlük Bürclər)

28 Haziran 2018
4 372
0
29.06.2018 Gündəlik Bürclər (29 İyun 2018 Günlük Bürclər)
Qoç - Maraqlı görüşlər yolunuzu gözləyir. Qarşıdakı həftədə atacağınız addımları reallaşdırmaq üçün bu təqvimdən maksimum bəhrələnməlisiniz. Sevgi məsələlərində isə daha səmimi olun.

Buğa - Şəxsi büdcənizdə müəyyən çətinlikləriniz olsa da, gün ərzində rastlaşdığınız hadisələr əhval-ruhiyyənizi yüksəldəcək. Çalışın ki, qətiyyətsiz hərəkətlərinizə son qoyasınız.

Əkizlər - Saat 12-yə qədər ümumi əhvalınız aşağı səviyyədə olsa da, sonrakı müddətdə vəziyyət xeyrinizə olacaq. Boş və mənasız şeylərə görə çılğınlıq etməyiniz əbəsdir. Təmkinli olmağa çalışın.

Xərçəng - Durumunuzdan bəlli olur ki, məqsədlərinizi reallaşdırmaqda sizə qarşı maneələr çoxdur. Amma narahat olmağa dəyməz. Çünki enerji və gücünüz sizi qələbəyə yaxınlaşdıracaq.

Şir - Ulduzların düzümü şəxsi büdcənizdə artım olacağını bəyan edir. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Nahardan sonra isə səhhətinizə bir qədər diqqət ayırın.

Qız - Əgər uzaq səfərə çıxmaq planınız varsa, onu təxirə salmayın. Maliyyə çətinliyiniz olsa belə, borc götürüb yola çıxın. Çünki bu addımı atmaqla gələcək uğurlarınıza təkan verəcəksiniz.

Tərəzi - Təəssüf ki, Göy qübbəsi gərgin bir gün yaşamaq ehtimalınızdan xəbər verir. Bu amili nəzərə alıb hər addımda ayıq-sayıqlığınızı artırmalısınız. Haqlı olsanız da, mübahisələrə girişməyin.

Əqrəb - İşgüzar danışıqlarda iştirak etmək üçün sərfəli vaxtdır. Bütün müsahibləriniz sizinlə razılaşacaq. Amma gərək siz də reallıqdan yararlanasınız. Kimisə aldatmaq fikrinə düşməyin.

Oxatan - Ünsiyyətdə olduğunuz insanlarla mübahisələr, o cümlədən işlə bağlı uğursuzluqlar sizi yora bilər. Bir az dincəlməyə çalışın. Pulla bağlı problemlərə görə özünüzü çox da üzməyin.

Oğlaq - Astroloji göstəricilər bu təqvimin sizin üçün o qədər də rahat keçməyəcəyini bəyan edir. Səhhətinizlə bağlı problemlər və bəzi cəhdlərinizin boşa çıxması ovqatınızı aşağı sala bilər.

Dolça - Sinoptiklərlə heç də həmişə razılaşmayan ulduzlar bu təqvimin mülayim keçəcəyini bəyan edir. Odur ki, planlarınızı təxirə salmayın. Amma daxili orqanlarınıza nəzarəti də artırın.

Balıqlar - Yalnız ikitərəfli əməkdaşlıq və sövdələşmələrdə müəyyən uğurlara yiyələnə bilərsiniz. Qalan məsələlərdə isə risk etməyə dəyməz. Hər bir söhbətdə təşəbbüskarlığı əldə saxlayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.