02.07.2018 Gündəlik Bürclər (2 İyul 2018 Günlük Bürclər)

01 Temmuz 2018
3 693
0
02.07.2018 Gündəlik Bürclər (2 İyul 2018 Günlük Bürclər)
Qoç - Göy qübbəsi maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Belə ki, nahar ərəfəsində varlanma ehtimalınız var. Lakin boş məsrəflərə xərc çəkməkdən yayınmalı, "yamangünlük" saxlamalısınız.

Buğa - Həddindən ziyadə yorğun və gərgin gündür. Qarşınızda duran vəzifələrin öhdəsindən gələcəyinizə inamsızsınız. Amma bədbinləşməyə dəyməz. Çünki gözəl günlər yaxınlaşmaqdadır.

Əkizlər - İyul ayının ən düşərli günlərindən birini yaşayacaqsınız. Hər mənada uğurlu məqamlarla üzləşəcəksiniz. Yeni təkliflər, xoş xəbərlər, maddi irəliləyiş – bir sözlə, ətrafda hər şey gözəl olacaq.

Xərçəng - Şəxsi işlərinizdə müsbət dönüş baş qaldırmaqdadır. Özünüzü tənzimləməyə çalışın. Müvəffəqiyyət başınızı gicəlləndirməməlidir. Vaxtilə həyatınızda rol oynayan insanları yada salın.

Şir - Yaxşı olar ki, günün əsas hissəsini ailə-sevgi məsələlərinə həsr edəsiniz. Başqalarını özünüzdən incik salmayın. Mənasız məsələlərə görə, risk etməyə lüzum yoxdur.

Qız - Sürprizlərlə dolu bir gün yaşayacaqsınız. Çox güman ki, bir neçə sevindirici hadisənin şahidinə çevriləcəksiniz. Nahar ərəfəsində isə müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.

Tərəzi - Hiss olunur ki, maddi durumunuz ürəkaçan deyil. Bu səbəbdən də ümumi ovqatınız aşağı səviyyədədir. Lakin ulduzlar axşama doğru kisənizdə dəyişiklik olacağına eyham edir.

Əqrəb - Ətafınızda baş verən hadisələrin ürəyinizcə getməməsi ümumi ovqatınızı aşağı salmaqdadır. Lakin ruhdan düşməyə heç bir əsas yoxdur. Sadəcə, bir qədər səbr edib, yeni perspektivə hazırlaşmaq lazımdır.

Oxatan – Qarşınızda olduqca məhsuldar bir gün durur. Qərarlarınızda qəti olun. Aldığınız təkliflər müsbət nəticələr verəcək. Axşam uzaq olmayan ünvanlara qonaq gedə bilərsiniz.

Oğlaq - Təxminən saat 15-ə qədər mübahisəli situasiyalara cəlb olunma ehtimalınız var. Özünüzü ələ almağı bacarsanız, sonrakı saatlarda şəxsi işlərinizdə müsbət dönüş baş qaldıracaq. Qohumlara sayqı göstərin.

Dolça – Digərləri ilə müqayisədə bu gün daha çox sizin bürcünüz başıdinc yaşayacaq. Əsas enerjinizi məhəbbətə həsr edin ki, bu proses uzun sürsün. Sövdələşmələrdə təşəbbüskarlığı əldən verməyin.

Balıqlar - Bir qədər gərgin ərəfədir. Lazımsız məqamlarda, günahsız adamlarla mübahisələrə girişməyin. Əks təqdirdə özünüzə qarşı rəğbəti itirə, həmçinin sevgidə təklənə bilərsiniz. Səfərə çıxmaq yaxşıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.