07.07.2018 Gündəlik Bürclər (7 İyul 2018 Günlük Bürclər)

06 Temmuz 2018
5 358
0
07.07.2018 Gündəlik Bürclər (7 İyul 2018 Günlük Bürclər)
Qoç - Hiss olunur ki, səhhətiniz ürəkaçan deyil. Lakin narahatçılığa əsas yoxdur. Çünki həkim əlinə düşməyəcəksiniz. Günortadan sonra sevindirici xəbər eşidəcəyinizə inanın. Səfəri təxirə salın.

Buğa - Göy qübbəsi yalnız ailə-sevgi məsələlərində uğurlara yaxın olacağınızı bildirir. Fəaliyyətdə və ya digər münasibətlərdə isə vəziyyət heç də qənaətbəxş olmayacaq. Yalan danışmayın.

Əkizlər - Yaxşı olar ki, saat 13-ə qədər bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sonrakı saatlarda isə perspektivli sövdələşmələrin iştirakçısı olacaqsınız.

Xərçəng - Daxili tərədüdləriniz ümumi sabitliyinizi pozmaqdadır. Nəyi, necə edəcəyinizi müəyyənləşdirə bilmirsiniz. Odur ki, həyata açıq gözlə baxın. Enerjinizi sevgidən alın.

Şir - Nə qədər yorucu təqvim olsa da, usanmağa dəyməz. Çünki yeni həftədə zəhmətinizin bəhrəsini görəcəksiniz. Saat 17-dən sonra ürəyinizə yaxın simsarlarınıza baş çəkməyə çalışın. Dərman qəbul etməyin.

Qız - Ulduzların düzümü maraqlı insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Amma onların arasında bir neçəsi ovqatınızı aşağı salmağa çalışa bilər. Uzaqgörən və dözümlü olun.

Tərəzi - Astroloji göstəricilər yalnız qonaqlıq və səfərlər üçün uğurlu ərəfə olduğunu bildirir. Odur ki, digər işlər barədə baş sındırmağa dəyməz. Nəzərə alın ki, mənfi yüklü Ay da sizin bürcdədir.

Əqrəb - Qarşınızda füsunkar bir gün var. Bəxtinizə inanırsınızsa risk etməyə dəyər. Çünki gözlənilməz sürprizlər yolunuzu gözləyir. İstənilən ikitərəfli əməkdaşlıq uğurludur.

Oxatan - Təxminən saat 14-ə qədər özünüzü gərgin situasiyalardan qorumağa çalışın. Köhnə palan içi sökməyin. Bunu bacarsanız, günortadan sonra sevindirici xəbər eşidəcəksiniz. Maraqlı təkliflər də gözlənilir.

Oğlaq - Maliyyə problemlərinizin artması ümumi ovqatınızda mənfi çalarlar yaratmaqdadır. Azacıq səbr edin, yaxın vaxtlarda kisəniz ağırlaşacaq. Gün boyu əsas diqqətinizi sevgiyə yönəldin ki, rahatlanasınız.

Dolça - Mövcud problemlərinizi həll etmək üçün kənardan dəstək almalısınız. Əks təqdirdə uğursuzluqla üzləşəcəksiniz. Saat 14-17 aralığı bu baxımdan çox əlverişlidir.

Balıqlar - İxtiyarınızda olduqca gərgin bir gün durur. Bəri başdan bütün vacib işlərinizi təxirə salın. Münaqişələrə həvəs göstərməyin, neytral olmağa çalışın. Bəxtinizdə pul da var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.