08.07.2018 Gündəlik Bürclər (8 İyul 2018 Günlük Bürclər)

07 Temmuz 2018
4 943
0
08.07.2018 Gündəlik Bürclər (8 İyul 2018 Günlük Bürclər)
Qoç - Bürcünüzdəki planetar mənzərə neqativ olsa da, təpər tapıb qarşınıza çıxan maneələri dəf edə biləcəksiniz. Günün ikinci yarısında yeni işgüzar əlaqələr yaratmaq üçün əzmkarlığınızı artırmalısınız.

Buğa - Olduqca uğurlu təqvimdir. Ulduzlar bir tərəfdən əlverişli təkliflər alacağınızı, digər tərəfdənsə maliyyə uğurlarına nail olacağınızı bildirir. Hər mənada nikbin olmağa əsas var.

Əkizlər - Ulduzlar yalnız qarşılıqlı əlaqələr zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu baxımdan gəzintiyə çıxmaq, qonaq getmək səmərəlidir. Riskli işlərdən yayının.

Xərçəng – Əsas vaxtınızı istirahətə yönəltməyə çalışın. Hər hansı fiziki iş səhhətinizə mənfi təsir göstərə bilər. Bu gün intim əlaqəyə girmək, ağır yük qaldırmaq sizin üçün yolverilməzdir.

Şir - O qədər də ürəkaçan olmayan maddi durumunuzu dirçəltmək üçün müəyyən imkanlar qazanacaqsınız. Büdcənizi artırmaq istiqamətində dəstək ala bilərsiniz. Kobudluğa yol verməyin.

Qız - Tərəfdaşlarınızla aranızda müəyyən mübahisələr olsa da, özünüzü təmkinli aparmalısınız. Deyilən hər sözə ciddi yanaşmayın. Yaxşı olar ki, bütün gücünüzü fəaliyyətə yönəldəsiniz.

Tərəzi - Nə qədər ki "hakimiyyətdə" öz bürcünüzdür, işlərinizə hopan gərginlik azalmağa doğru gedəcək. Saat 15-dən sonra isə şəxsi işlərinizdə nəzərəçarpacaq irəliləyişlər baş verəcək.

Əqrəb - Deyəsən, Göy qübbəsi əzablarınızı görüb sizə güzəştə getmək fikrindədir. Bu səbəbdən də əksər məsələlərdə yardımçınız olmaqdadır. Səfərə çıxmaq və varlanmaq ehtimalınız da var.

Oxatan - Astroloji göstəricilər günün birinci yarısını müəyyən qədər gərgin tərzdə başa vuracağınızı bəyan edir. Sonrakı müddətdə isə ətrafınızda olanların rəğbətini qazanacaqsınız. Bu gün kollektivdən ayrı qalmayın.

Oğlaq - Saat 14-ə qədər hər bir görüşü təxirə salmağınız məsləhətdir. Əks təqdirdə gözlədiyiniz uğurlardan uzaq düşəcəksiniz. Özünə qapılmağa da dəyməz, günün ikinci yarısını gözləyin.

Dolça - Hər mənada uğurlu təqvim hesab etmək olar. İstər şəxsi büdcəni artırmaq istiqamətində, istərsə də işgüzar sövdələşmələrdə irəliləyişləriniz mümkündür. Bu gün savablarınızı çoxaldın.

Balıqlar - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu amil daha çox sevgi zəminində reallaşacaq. İş yerində isə həmkarlarınızla mübahisələriniz gözlənilir. Çılğınlıqdan uzaq olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.