09.07.2018 Gündəlik Bürclər (9 İyul 2018 Günlük Bürclər)

08 Temmuz 2018
5 725
0
09.07.2018 Gündəlik Bürclər (9 İyul 2018 Günlük Bürclər)
Qoç - Astroloji göstəricilər sevgi dolu bir gün yaşayacağınızı bəyan edir. Qarşı tərəfin tələblərinə ədalətli yanaşın. Bu təzadlı təqvimdə dedi-qodudan uzaq olun.

Buğa - Özünüzü tənha hiss etməyin. Yoxsa günaha batarsınız. Ən azı ona görə ki, sizə qarşı rəğbət bəsləyənlər az deyil. Fikrinizi dağıtmaq üçün nahardan sonra gəzinti və qonaqlıqlarda olun.

Əkizlər - Təzə xəbərlər eşidəcəyiniz gözlənilir. Bu, yeni təklif və ya dəvətlər şəklində də ola bilər. Hər halda, hər üç amilə hazır olmalısınız. Axşama yaxın münasibətlərdə ehtiyatlı olun.

Xərçəng - Astroloji göstəricilərə inansaq, bu gün hansısa əlamətdar bir hadisənin şahidi olmalısınız. Odur ki, belə sürprizlərə hazırlaşın. Sağlamlığınıza diqqət yetirməyi də unutmayın.

Şir - Olduqca rəvan gündür. Ulduzlar müdafiənizdə durduğundan qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdıracaqsınız. Şəxsi büdcənizdə müəyyən artımlar da gözlənilir.

Qız - Ümumi məziyyətlərinə görə təzadlı bir gün yaşayacaqsınız. Həm xoş, həm də müəyyən qədər gərgin məqamların daşıyıcısı olacaqsınız. Tərəfinizi saxlayanlara dönük çıxmayın.

Tərəzi - Bəxtinizdə əsl biznes günü durur. İştirakçısı olduğunuz hər bir proses ürəyinizcə olacaq. Yeni təkliflərə laqeyd yanaşmayın. Saat 16-19 arası sevindirici hadisələrin şahidi olacaqsınız.

Əqrəb - Risk etməyə dəyməz. Çünki bu təqvimdə qeyri-ənənəvi fəaliyyətlə məşğul olmaq uğurlu deyil. Yaxşı olar ki, əsas vaxtınızı ürəyinizə yaxın olan şəxslərlə birlikdə keçirəsiniz.

Oxatan - Ulduzların düzümü gün ərzində maddi durumunuzun xeyli yaxşılaşacağını bəyan edir. Günün ikinci yarısı isə bu istiqamətdə xüsusilə əlverişlidir. Aldığınız dəvətlərdən imtina etməyin.

Oğlaq - İxtiyarınızda olan bu təqvimdə sürprizlərlə dolu saatlar yaşayacaqsınız. Amma şəxsi işlərinizə müdaxilə edən adamlardan uzaq olmağa çalışmalısınız. Özünüz də yalan vədlər verməyin.

Dolça - Təxminən saat 15-ə qədər bəzi xoşagəlməzliklərlə rastlaşma ehtimalınız var. Ələlxüsus da qarşılıqlı münasibətlərdə ehtiyatlı olmalısınız. Sonrakı saatlar nisbətən sakit ötüşəcək.

Balıqlar - Ətrafınızda olan insanlar nə qədər səmimi davranarsa, günün ümumi mənzərəsi bir o qədər ürəyinizcə olacaq. Bu səbəbdən də ünsiyyətdə olduğunuz hər kəsin xoşrəftar olması vacibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.