11.07.2018 Gündəlik Bürclər (11 İyul 2018 Günlük Bürclər),gunluk burcler,2018,iyul,gundelik,astroloji,ulduz fali

11.07.2018 Gündəlik Bürclər (11 İyul 2018 Günlük Bürclər)

10 July 2018
3 366
0
11.07.2018 Gündəlik Bürclər (11 İyul 2018 Günlük Bürclər)
Qoç - Təəssüf ki, bu təqvim bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun.

Buğa - Saat 13-ə qədər vaxtınızı qalmaqalsız başa vura bilsəniz, sonrakı müddətdə hər hansı probleminiz olmayacaq. Şəxsi büdcənizi artırmaq üçün münbit şəraitdən bəhrələnin.

Əkizlər - Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə-sevgi münasibətləri isə daha romantik müstəviyə keçəcək.

Xərçəng - Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Bu siyahıya işgüzar əlaqələr və tanışlıqlar da aiddir. Amma riskdən uzaq olmalısınız.

Şir - Yalnız saat 12-14 arası gərgin keçə bilər. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər zövqünüzlə vəhdət təşkil edəcək. Axşama yaxın sevindirici xəbərlər eşidəcəksiniz.

Qız - Bir neçə amillə rastlaşacaqsınız ki, bu da saat 15-ə qədər ovqatınızda mənfi çalarlar yaradacaq. Odur ki, maksimal səbr nümayiş etdirməlisiniz. Bu gün çox pul xərcləməyin.

Tərəzi - Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəfli sövdələşmələrin uğurlu olacağını nəzərə alıb aktivliyinizi artırın.

Əqrəb - Maraqlı hadisələrin iştirakçısı olacaqsınız. Bu enerjini xeyirxah işlərə yönəltməyə çalışın. Çünki indi savab qazanmaq qarşınızda bağlı qalan qapıların açılmasına zəmin yaradacaq.

Oxatan - Sizə qarşı qərəzli çıxışlar gözlənilir. Əgər bədxah adamlarla baş-başa gəlmək arzusunda deyilsinizsə, onda belələrindən vaxtında uzaqlaşın. İmkan olsa, nahardan sonra uzaq səfərə çıxın.

Oğlaq - Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş yaranacağından xəbər verir. Perspektivlərinizi reallaşdırmağa can atın. Yalançı həmkarlarınızdan uzaqlaşmağa çalışın.

Dolça - Günün əsas hissəsini maraqlı tərzdə başa vuracaqsınız. Amma yaxşı olar ki, nahardan sonra işə ara verib bir qədər istirahətə aludə olasınız. Spirtli içkidən, duzlu qidadan uzaq olun.

Balıqlar - Neçə müddətdən bəri ləng inkişaf edən maliyyə işləriniz bu gündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. Axşam qonaq getməyə dəyər.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz