17.07.2018 Gündəlik Bürclər (17 İyul 2018 Günlük Bürclər)

16 Temmuz 2018
6 611
0
17.07.2018 Gündəlik Bürclər (17 İyul 2018 Günlük Bürclər)
Qoç - Bu gün yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaqlar. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.

Buğa - Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Mistik düşüncələrdən uzaq olun.

Əkizlər – Əgər ixtiyarınızda olan bu ərəfədən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik məqamlar bəxş edəcək. Bəxtinizdə pul da var.

Xərçəng - Həddindən ziyadə uğurlu ərəfədir. Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Yaşca sizdən böyük olanlara qulaq asın!

Şir – Saat 14-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracağınız ehtimal olunur. Göy qübbəsi ürəyinizi sevgisiz qoymamağı tövsiyə edir.

Qız - Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Uzaq səfərlərdən imtina edin.

Tərəzi - Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olsa da, ailə-sevgi zəminində yeni mərhələyə qədəm qoyacaqsınız. Odur ki, bərk durun!

Əqrəb - Bu təqvimdə bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Hansısa ciddi və riskli işlərə qol qoymamalısınız. Bu günün işini sabaha saxlamayın. Qərarlarınızda qəti olun.

Oxatan - Dünəndən mənfi enerjili Ay bürcünüzdə olsa da, aktivliyinizi artırmalısınız. Bunun öhdəsindən gəlsəniz, ulduzlar yardımçınız olacaq. Sənədləşdirmə işlərinə diqqət yetirin.

Oğlaq - Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hər hansı məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.

Dolça - Bu tarix şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün böyük əhəmiyyət kəsb edəcək. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıqucu gələn bütün yollara baş vurun.

Balıqlar - Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Hər hansı qanqaraçılıq və ya məyusluq ehtimalı yoxdur. Ailə zəminində isə hər şey ürəyinizcə olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.