23.07.2018 Gündəlik Bürclər (23 İyul 2018 Günlük Bürclər)

22 Temmuz 2018
4 168
0
23.07.2018 Gündəlik Bürclər (23 İyul 2018 Günlük Bürclər)
Qoç - Əgər səfərə çıxsanız, hansısa ürəkaçan hadisənin olacağını düşünməyin. Bunun qarşısını almaq üçün evdə daha çox oturmalısınız. Axşama yaxınsa sevindirici xəbər eşidəcəksiniz.

Buğa - Astroloji göstəricilər bu təqvimdə sizə bir qədər gərginlik vəd edir. Bunu nəzərə alıb ciddi işlərinizi təxirə salın. Nəzərə alın ki, bu gərginliyin ömrü qısadır. Riskdən qaçın.

Əkizlər - Maliyyə problemlərinizin artmasından qorxmayın. Çünki pul gəldi-gedərdir. Əsas diqqətinizi sağlıq durumunuza yönəldin. Bu təqvimdə taleyinizdə dönüş yaratmaq üçün şansınız olacaq.

Xərçəng - Yeni tanışlıqlar yolunuzu gözləyir. Xüsusən də günün birinci yarısında nüfuzlu adamlarla ünsiyyət yaradacağınız mümkündür. Nahardan sonra isə münaqişəyə cəlb oluna bilərsiniz.

Şir - Narahatçılığınıza heç bir əsas yoxdur. İştirakçısı olduğunuz situasiyaların gərginliyinə baxmayaraq, Göy qübbəsi sizə maraqlı məqamlar və mənəvi dayaq bəxş edəcək.

Qız - İyul ayının ən uğurlu təqvimini yaşayacağınız güman olunur. Qarşılıqlı münasibətlərin tənzimlənməsində, həmçinin gələcək perspektivlərin nizamlanmasında uğurlarınız ola bilər.

Tərəzi - İşgüzarlığınızı artırmaqla qarşınıza qoyduğunuz məqsədlərə asanlıqla nail ola bilərsiniz. Bu səbəbdən də istirahətinizi hələlik təxirə salmalısınız. Risk etməkdən qorxmayın.

Əqrəb - Bu gündən hakim olan Günəş sizə füsunkar məqamlar bəxş edəcək. Az qala bütün proseslərdən zövq alacaqsınız. Uzaq səfərə çıxmaq, dənizə getmək sıxıntılarınızı xeyli səngidəcək.

Oxatan - Ötən günlərdən fərqli olaraq bu ərəfədə vəziyyət sizin xeyrinizə olacaq. Bir şərtlə ki, çıxardığınız qərarlar reallıqdan doğsun. Saat 15-18 arası yeni əlaqələrə başlamağa dəyər.

Oğlaq - İxtiyarınızda olan bu təqvimdə qismən qanqaraldıcı mənzərənin iştirakçısı ola bilərsiniz. Təmkinli olsanız, bu xoşagəlməzlik dəf olunacaq. Cibiniz boş deyilsə, səfərə çıxın.

Dolça - Bu füsunkar gündə üzərinizə düşən başlıca vəzifə daxili sabitliyinizi qorumaqdan ibarət olmalıdır. Xarakterinizə xas olan çılğınlıqdan uzaqlaşın. Büdcənizi sağa-sola səpməyin.

Balıqlar - Şəxsi büdcənizi artırmaq üçün bu təqvimdən maksimum yararlanmalısınız. Eyni zamanda o qədər də ilıq olmayan sevgi münasibətlərinə diqqət ayırmağı da unutmamalısınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.