25.07.2018 Gündəlik Bürclər (25 İyul 2018 Günlük Bürclər)

24 Temmuz 2018
4 642
0
25.07.2018 Gündəlik Bürclər (25 İyul 2018 Günlük Bürclər)
Qoç - Mənfi enerjili Ay bürcünüzdə qərar tutduğundan bəzi işləri təxirə salmalısınız. Hər hansı risk və ya qeyri-ənənəvi addım sizə zərər yetirə bilər. Tanrını başınız üstündə hiss edin.

Buğa - Qərarlarınızda qətiyyətli olsanız, bu təqvim sizə xoş ovqat bəxş edəcək. Şəxsi işlərinizdə isə nəzərəçarpacaq irəliləyişlər labüddür. Bütün addımları ilk olaraq özünüz atın.

Əkizlər - Əməkdaşlıq zəminində uğurlarınız mümkündür. Amma gərək hər bir işi qanun çərçivəsində həll edəsiniz. Axı siz məmur və ya iqtidar yetkilisi deyilsiniz. Bəxtinizdə pul da var.

Xərçəng - Böyük uğurlar astanasında olduğunuzu nəzərə alan Göy qübbəsi sizə yardımçı olacaq. Bunun üçün gərək özünüz də əzmkar olasınız. Günün ikinci yarısında məntiqə uyğun risk etməyə dəyər.

Şir - Ümumi məziyyətlərinə görə bir qədər gərgin gündür. Ələlxüsus da saat 11-14 arası əsəbləriniz tarıma çəkilə bilər. Ən düşərli məqamları isə yalnız məhəbbətdə yaşayacaqsınız.

Qız - Ümumən gərgin təqvim olsa da, şəxsi büdcənizi artırmaq üçün geniş imkanlar qazanacaqsınız. Məhz bu amili nəzərə alıb pulla bağlı işlərinizi önə çəkin. Səhhətinizi də qoruyun.

Tərəzi - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Bütün imkanlarınızı da məhz bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu və təcrübəli insanlarla görüşməyiniz sizə səmərə verə bilər.

Əqrəb - Təxminən saat 12-yə qədər gərgin əhval-ruhiyyədə olacaqsınız. Amma çalışın ki, bu enerjini başqasına ötürməyəsiniz. Axşam saatlarında isə ikili gəzintilərə çıxmaq olar.

Oxatan - Əsas diqqətinizi ailə-sevgi məsələlərinə yönəldin. Elə addım atın ki, ünsiyyətdə olduğunuz adamların rəğbətini qazanasınız. Hər deyilən sözə və atmacalara əhəmiyyət verməyin.

Oğlaq - "Ağac bar gətirdikcə başını aşağı salır". Çalışın siz də bu prinsipə əməl edəsiniz. Əmin olun ki, belə etsəniz, Göy qübbəsi sizə dayaq olacaq. Hətta şəxsi büdcənizi də artıra bilərsiniz.

Dolça - Ulduzların düzümü xoş bir gün yaşayacağınızdan xəbər verir. Maraqlı insanlarla görüşləriniz, eləcə də perspektivli təkliflər alacağınız gözlənilir. İnsanlara şübhə ilə yanaşmayın.

Balıqlar – Mühüm bir işinizi reallaşdırmaq üçün köməyə böyük ehtiyacınız var. Amma əbəs yerə narahat olmağa dəyməz. Çünki nahardan sonra bu köməyi hiss edəcəksiniz. Odur ki, aktivliyinizi artırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.