28.07.2018 Gündəlik Bürclər (28 İyul 2018 Günlük Bürclər)

27 Temmuz 2018
3 302
0
28.07.2018 Gündəlik Bürclər (28 İyul 2018 Günlük Bürclər)
Qoç - Bir qədər təzadlı məqamlar yaşayacağınız gözlənilir. Buna baxmayaraq yeni işgüzar əlaqələrə başlamağınız daxili nikbinliyinizi artıracaq. Təcrübəli adamlardan yararlanın.

Buğa - Kifayət qədər uğurlu gündür. İstər qarşılıqlı münasibətlərdə, istər perspektivli sövdələşmələrdə, istərsə də maliyyə uğurlarına yetişməkdə ulduzlar yardımçınız olacaq.

Əkizlər - Təxminən saat 15-ə qədər özünüzü təmkinli apara bilsəniz, gözlənilən təlatümlərdən qurtulacaqsınız. Sonrakı ərəfədə isə iki sürprizlə qarşılaşacaqsınız. Onların biri pulla bağlıdır.

Xərçəng - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimdə özünüzü çox da üzməyəsiniz. Əks təqdirdə səhhətinizlə bağlı xoşagəlməzliklər mümkündür. İstənilən mübahisədən uzaq olun.

Şir - Bir qayda olaraq iyulun bu ərəfəsi şəxsi işlərinizdə əsaslı dönüş yaradır. Lakin bu, saat 14-dən sonra mümkün ola bilər. O vaxta qədərsə, hər bir mübahisədən yayınmalısınız.

Qız - Deyirlər insanın hər şeydən əli üzüləndə məhəbbət budağından yapışır. Ulduzlar da bu təqvim üçün sizə məhz həmin tövsiyələri təlqin edir. Qəlbinizi sevgisiz qoymayın.

Tərəzi - Çox maraqlı bir gün yaşayacaqsınız. Bir tərəfdən hadisələrin zövqünüzlə uyğunlaşması, digər tərəfdənsə maraqlı insanlarla rastlaşmağınız ovqatınızı yüksəldəcək.

Əqrəb - Yeni görüşlər üçün səmərəli vaxtdır. Yaxşı olar ki, əvvəlcədən təyin edilmiş işgüzar sövdələşmələri təxirə salmayasınız. Məhəbbətdə səmimi olun və kənar təsirlərə baş qoşmayın.

Oxatan - Ola bilsin ki, çoxdan görmədiyiniz xeyirxah adamlarla rastlaşasınız. Belə olarsa, öz problemləriniz haqqında onlara danışmaq olar. Bu gün savab işlərinizin sayını artırın.

Oğlaq - Dualarınızın sayını artırın, ziyarətgahlara gedin. Çalışın ki, Tanrıya zidd olan hərəkətlərə yol verməyəsiniz. Belə etsəniz, ağrı-acılarınız da sovuşub gedəcək. Uzaq yola çıxmayın.

Dolça - Astroloji göstəricilər gün ərzində səhhətinizlə bağlı problemlərin artacağını bildirir. Yaxşı olar ki, fiziki işləri təxirə salıb istirahətə üstünlük verəsiniz. Ac qalmayın.

Balıqlar - Qeyri-adi heç nə gözlənilməsə də, gününüzü maraqlı etmək üçün canfəşanlığınızı artırmalısınız. Darıxdığınız adamların əhatəsində olun. Keçmiş problemlərdən danışıb özünüzü yormayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.