29.07.2018 Gündəlik Bürclər (29 İyul 2018 Günlük Bürclər)

28 Temmuz 2018
4 817
0
29.07.2018 Gündəlik Bürclər (29 İyul 2018 Günlük Bürclər)
Qoç - Astroloji göstəricilərə inansaq, səhhətlə bağlı müəyyən problemləriniz gözlənilir. Odur ki, qidalanma zamanı ehtiyatlı olmalı, xəsarət törədə bilən işlərdən daşınmalısınız. Hündürlüyə çıxmayın.

Buğa - Ailə-sevgi münasibətlərində vəziyyət qənaətbəxş olsa da, həmkarlarınızla aranızda soyuqluq yarana bilər. Bu amili nəzərə alıb verdiyiniz hər sözə əməl etməyə çalışın. Kimisə aldatmayın.

Əkizlər - Bütün vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırın. Əgər bu proses sonrakı müddətə qədər uzansa, münaqişəli situasiyalara cəlb oluna bilərsiniz. Qazanmaq ehtimalınız böyükdür.

Xərçəng - Bu gün istənilən məsələdə risk etmək sizə zərər verə bilər. Odur ki, hansısa addımı atmazdan qabaq yüz ölçüb bir biçin. Müştərək fəaliyyətə başlamaq üçün bu təqvimdən yararlanın.

Şir - İşlə bağlı yeniliklər yolunuzu gözləyir. Bu istiqamətdə sizə dəstək verənlər də tapılacaq. Günün ikinci yarısında birgə fəaliyyət planları haqqında götür-qoy etməyə dəyər.

Qız - Ən başlıcası özünüzü mübahisədən qorumaqdır. Bunu bacarsanız, narahatçılığınız olmayacaq. İşgüzar sövdələşmələrdə iştirak etmək, problemləri birgə həll etmək üçün uğurlu məqamdır.

Tərəzi - İxtiyarınızda olan bu təqvimi sakit tərzdə başa vurmağa çalışın. Özünüzü gərginliyə sürükləməyin. Nəzərə alın ki, gün ərzində mənfi enerjili Ay bürcünüzdə olacaq. Qisas vaxtı deyil.

Əqrəb - Əsas diqqəti fəaliyyətə yönəldin. Bəzi üzdəniraq dostlarınızla sonrakı münasibətləri konkretləşdirin. Xəyanəti bağışlamadığınız kimi, özünüz də etməyin. Uzaq yola çıxmaq məsləhət deyil.

Oxatan - Havalar nə qədər qaynar olsa da, fəaliyyətinizə ara verməyin. Çünki bütün astroloji qaynaqlar bu təqvimdə uğurlu karyeraya yetişmək şansınızdan xəbər verir. Təşəbbüskar olun.

Oğlaq – Gərgin məqamlarla dolu olan bu günün ilk yarısını təmkinlə başa vurmağa çalışın. Bütün vacib işlərin həllini növbəti aya saxlayın. Konkret olaraq bu günsə, səhhətinizi qoruyun.

Dolça - Nə qədər sadə görünsəniz, ulduzların yanında hörmətiniz də bir o qədər çox olar. Sizə ehtiyac duyanlara kömək göstərin. Saat 16-dan sonra riskli işlərə aludə olmayın.

Balqılar - İyulun sonuna doğru bürcünüz üçün daha çox maddi cəhətdən uğurlu keçməlidir. Bu gün həm də gözləmədiyiniz istiqamətlərdən təkliflər alacaqsınız. Düşünmədən razılıq verməyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.