31.07.2018 Gündəlik Bürclər (31 İyul 2018 Günlük Bürclər)

30 Temmuz 2018
3 522
0
31.07.2018 Gündəlik Bürclər (31 İyul 2018 Günlük Bürclər)
Qoç - Nə qədər çətin olsa da, ixtiyarınızda olan bu təqvimdə neytral olmalısınız. Əks təqdirdə böyük qanqaraçılıq gözlənilir. Ələlxüsus da, pul haqq-hesablarında gözləmə mövqeyi tutun.

Buğa - Saat 13-15 aralığını nəzərə almasaq, bu təqvimi kifayət qədər xoş ovqatla başa vura biləcəksiniz. Düz yolda olduğunuz üçün mövqeyinizdə bərk dayanın. Amma sərtlik də göstərməyin.

Əkizlər - Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. Əksinə, bu proqnozu oxuyan kimi aktivliyinizi artırmalısınız. Saat 15-18 arası sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Riskə dəyər.

Xərçəng – Baxmayaraq ki gecə saatlarından Ay bürcünüzdədir, uğurlu bir gün yaşayacaqsınız. İstər şəxsi büdcənizi artırmaqda, istərsə də qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə olacaq.

Şir - Mistikaya qətiyyən varmayın. Xurafata uymaqdansa müqəddəs ziyarətgahlara baş çəkin. Hər hansı çılğınlıq, risk və lazımsız adamların işinə müdaxilələr məsləhət deyil.

Qız - O qədər də uğurlu vaxt deyil. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkməyə çalışacaq. Əgər bu maneələrdən qurtulmaq istəyirsinizsə, təmkin göstərin. "Hirsli başda ağıl olmur" axı.

Tərəzi - Adi bir tarix yaşamalı olacaqsınız. Hansısa müvəffəqiyyət və ya uğursuzluq gözlənilmir. Yaxşısı budur, adi istirahətlə məşğul olasınız. Bütün təkliflərdən imtina edin.

Əqrəb – Nahara qədər ovqatınızda baş qaldıran xoşagəlməzliklər qarşıya qoyduğunuz məqsədlərə yetişməyə mane ola bilər. Riskli işlərdən yayının. Sonrakı müddətdə isə dəstək alacağınız mümkündür.

Oxatan - Maliyyə problemlərinin bolluğuna baxmayaraq, ulduzlar digər məsələlərdə yardımçınız olacaq. Günün ikinci yarısında isə sevindirici təsadüflərlə rastlaşmağa hazır olun.

Oğlaq - Təəssüf ki, bir qədər gərgin gün yaşaya bilərsiniz. Bu səbəbdən də hətta su içəndə belə, ayıq-sayıqlıq göstərməlisiniz. Əsəblərinizi və daxili orqanlarınızı qoruyun ki, hədəfə çatmağa gücünüz yetsin.

Dolça - Səhhətinizlə bağlı diqqətli olun. Yersiz sıxıntılar heç də xilas yolu deyil. Ailə-sevgi münasibətlərini tənzimləməyə çalışın. Maddi problemlərinizin tezliklə həll olunacağına inanın.

Balıqlar - Nəzərdə tutduğunuz planların ləng inkişafına görə usanmayın. Ən azı ona görə ki, Göy qübbəsi bu gündən etibarən şəxsi işlərinizdə böyük dönüşə yiyələnəcəyinizi bəyan edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.