03.08.2018 Gündəlik Bürclər (3 Avqust 2018 Günlük Bürclər)

02 Ağustos 2018
4 344
0
03.08.2018 Gündəlik Bürclər (3 Avqust 2018 Günlük Bürclər)
Qoç - Münasibətlər zəminində yaranmış gərginliyi aradan qaldırmaq istəyirsinizsə, bu sətirləri oxuduğunuz andan hərəkətə keçin. Sonra gecikə bilərsiniz. Sevgiyə xüsusi həssaslıq göstərin.

Buğa - Maliyyə uğurlarını nəzərə almasaq, ixtiyarınızda olan bu təqvimdən o qədər də razı qalmayacaqsınız. Buna baxmayaraq saat 14-17 arası yeni işlərin müzakirəsinə başlamaq olar.

Əkizlər – İkitərəfli əməkdaşlıq zəminində uğurlarınız labüddür. Amma gərək daxili sabitliyinizi qoruyasınız ki, nəticə uğurlu olsun. Günün ikinci yarısında digər yeniliklər də olacaq.

Xərçəng - Kənar məsləhətlərə ciddi şəkildə aludə olmayın. Amma bu, o demək deyil ki, kiminsə ədalətli qərarlarını tapdayasınız. Hər halda bu gün gələcək fəaliyyəti təyin etmək olar.

Şir - Maraqlı sövdələşmələrdə iştirakınız gözlənilir. Hətta ola bilər ki, bu amil növbəti bir neçə ayın uğurlarını da artırsın. Amma bütün işgüzar görüşləri günün ikinci yarısına salmalısınız.

Qız - Hansısa gərginliyi gözləməyə dəyməz. Ən azından bu gün ağıllı və təmkinli olmağınız bütün prosesləri xeyrinizə döndərəcək. Ən böyük uğurlarınız fəaliyyət zəminində mümkündür.

Tərəzi – Ümumi süstlüyünüzü nəzərə alıb qızğın fəaliyyətə ara verin. Bunun əvəzində ailə üzvlərinizlə, sizə yaxın olan insanlarla birgə olmaq, köhnə qayğılardan bir qədər uzaqlaşmaq məsləhətdir.

Əqrəb - Əgər hər hansı mübahisəyə yol verməsəniz, qərəzli çıxışlar etməsəniz, ulduzlar sizi sevindirəcək. Hətta şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür. Riskli dəvətlərdən yayının.

Oxatan - Hiss olunur ki, gərgin bir ərəfə yaşamaqdasınız və bu, daxili gərginliyinizi artırıb. Odur ki, gün ərzində daha çox istirahətə yer ayırın. Ulduzlar sizə maddi dəstək verəcək.

Oğlaq - Təcrübəniz olmayan, başınız çıxmayan məsələlərə münasibət bildirməyin. Bu, sizi gözdən sala bilər. Yaxşı olar ki, əsas diqqətinizi son vaxtlar güclənən ağrılarınıza yönəldəsiniz.

Dolça - Ünsiyyətdə olduğunuz hər kəsi ciddi şəkildə dinləyin, onların problemlərinə laqeyd qalmayın. Elə davranın ki, sizə etibar edən şəxslərin gözündən düşməyəsiniz. Uzaq səfərləri təxirə salın.

Balıqlar - Yalnız sağlıq durumunuza diqqət ayırmalısınız. Yaxşı bilirsiniz ki, hirsli başda ağıl olmur. İndiki həssas məqamda isə ağılsızlıq heç kimə xeyir gətirmir. Qidanıza da fikir verin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.