04.08.2018 Gündəlik Bürclər (4 Avqust 2018 Günlük Bürclər)

03 Ağustos 2018
4 044
0
04.08.2018 Gündəlik Bürclər (4 Avqust 2018 Günlük Bürclər)
Qoç - Qətiyyən dedi-qoduya aludə olmayın. Əks təqdirdə başağrısına mübtəla olacaqsınız. Yaxşı olar ki, istənilən məsələdə qərarları özünüz verəsiniz. Yalnız bu halda uğurlar mümkündür.

Buğa - Hiss olunur ki, çoxdan bəri nəzərdə tutduğunuz hansısa planınız reallığa yaxınlaşmır. Amma narahat olmağa dəyməz. Çünki nahardan sonra Göy qübbəsi işlərinizdə dönüş yaradacaq.

Əkizlər - Prinsip etibarilə düşərli gün hesab etmək olar. Ələlxüsus da saat 12-16 arası əlinizə geniş imkanlar düşəcək. Gün ərzində sədaqətli insanlarla rastlaşma ehtimalınız da böyükdür.

Xərçəng - Mənfi enerjili Ayın sizin Zodiaka daxil olması ümumi işlərinizdə passivlik yaradacaq. Ovqatınızın aşağı düşməməsi üçün qeyi-adi hərəkətlərə yol verməyin. Səfərə də çıxmaq olmaz.

Şir - Bu təqvimdə əsas enerjinizi fəaliyyət istiqamətinə həsr etməlisiniz. Çünki ulduzların düzümü əməkdaşlıq zəminində, eləcə də yeni işlərə başlamaqda uğurlarınızı artıracaq.

QIz - Yaxşı olar ki, rahatlığınızı maksimum tərzdə təmin edəsiniz. Qonaq getmək, ürəyinizə yaxın adamları evinizə dəvət etmək sizə xüsusi zövq verəcək. Amma bir az qənaətcil olmağa çalışın.

Tərəzi - Əgər orqanizminizdə mövcud olan nasazlığı aradan qaldırmaq istəyirsinizsə, otaq şəraitində az olun. İqlimin qaynarlığını nəzərə alıb təbiət qoynunda, dostlar arasında olmağa çalışın.

Əqrəb - Uğurlu perspektivdən xəbər verən olaylar mümkündür. İştirakçısı olduğunuz sövdələşmələrdən asılı olaraq yaxın gələcək üçün şəxsi işlərinizi maksimal dərəcədə təmin edə bilərsiniz.

Oxatan - Çoxdandır ki, iş başınızı qatdığından ülvi hisslərdən uzaq düşmüsünüz. Məhz bu səbəbdəndir ki, uğurlarınız nə qədər çox olsa da, daxili narahatçılığınız azalmır. Bir az mətin olun.

Oğlaq - Daxilinizdə cövlan edən narahatçılıq mələklə şeytan arasında qalmağınıza rəvac verə bilər. Odur ki, iradənizi toplayıb Tanrı yolunu tutun. Dinə zidd hərəkətlərə qətiyyən yol verməyin.

Dolça - Yaxşı bilirsiniz ki, sizi hövsələdən çıxaran amillər çoxdur. Bu fəsadlardan qurtulmaq istəyirsinizsə, gün ərzində ətraf aləmdən təcrid olunun. Axşamüstü sürprizlə rastlaşma ehtimalınız var.

Balıqlar - Əgər sağlıq durumunuz imkan verirsə, bu gün nəzərdə tutduğunuz işlərin əksəriyyətini həyata keçirəcəksiniz. Axşamsa maraqlı məclislərdə iştirakınız gözlənilir. Dəvətlərdən yayınmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.