05.08.2018 Gündəlik Bürclər (5 Avqust 2018 Günlük Bürclər)

04 Ağustos 2018
4 463
0
05.08.2018 Gündəlik Bürclər (5 Avqust 2018 Günlük Bürclər)
Qoç - Qarşınızda perspektivli və yorucu işlər durur. Ulduzlara inansaq, ötən bir həftədə yol verdiyiniz səhvləri düzəltmək imkanı qazanacaqsınız. Etibarsız adamlardan uzaq olun.

Buğa - Sizə borclu olanlardan, eləcə də məvacib prosesində gecikən pullarınızı əldə etməyə çalışın. Əks təqdirdə buna bir həftə nail ola bilməyəcəksiniz. Yerli-yersiz özünüzü tərifləməyin.

Əkizlər - Hər şeydən öncə sağlamlığınıza fikir verməlisiniz. Ağır fiziki işlərdən, hündürlüyə çıxmaqdan ehtiyatlanmalısınız. Qərar qəbul edərkən müsahib rəyini mütləq nəzərə alın.

Xərçəng - Yeni əlaqələrə başlamaq, fəaliyyət zəminində dönüş yaratmaq üçün sərfəli tarixdir. Bu istiqamətdə xərcə düşməkdən qorxmayın. Çünki müdafiənizdə duran ulduzlar sizi qoruyacaq.

Şir - Sevinməyə dəyər. Çünki astroloji göstəricilər ötən 5 gündə yarımçıq qalan hansısa planınızın reallığa yaxın olacağını bildirir. Deməli, əzmkarlığınızı artırmaqla buna nail olmalısınız.

Qız - Astroloji göstəricilər həmkarlarınızla münasibətdə təmkinli olmağı tövsiyə edir. Bunu bacarsanız, ciddi probleminiz olmayacaq. Çimərliyə getmək, təbiət qoynunda dincəlmək sizə zövq verə bilər.

Tərəzi - Əsas vaxtınızı münasibətlər zəminində qurun. Dostluq-yoldaşlıq istiqamətində, ələlxüsus da büdcə məsələlərində sevindirici anlarınız olacaq. Bu gün uzaq səfərə çıxmaq olmaz.

Əqrəb - Bu zaman kəsiyində hər hansı bir mübahisə və ya münaqişəyə həvəs göstərməyiniz yalnız zərərinizə olacaq. Belə bir mənzərə yaransa, müəyyən ünvanlara qonaq getməyə dəyər.

Oxatan - Olduqca riskli gündür. Odur ki, istənilən addımı atmazdan qabaq mütləq mövcud reallığı nəzərə almalısınız. Nəticənin uğurlu olmasını istəyirsinizsə, təcrübəli adamlardan yararlanın.

Oğlaq - Son vaxtlar işlə bağlı passivliyə mübtəla olmağınız sizi yormaqdadır. Bu gün də belə bir şey gözlənildiyindən vaxtınızı əyləncələrə həsr edin. Sevgidə kobudluğa yol verməyin.

Dolça - Çoxsaylı görüşlərdə iştirakınızdan xəbər verən Göy qübbəsi maraqlı təkliflər alacağınızı da bəyan edir. Yeni işlərə başlamaq və ya bu barədə fikir mübadiləsi aparmaq üçün yaxşı vaxtdır.

Balıqlar - Kifayət qədər məhsuldar gündür. Emosionallığınızı soyuqqanlılıqla əvəz edə bilsəniz, bir çox sahələrdə uğurlarınız olacaq. Şəxsi işlərinizdə əsaslı dönüş də mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.