Çin Astrologiyası - Su Ünsürü » Feat.Az Sekiller, Xeberler, Yazili

Çin Astrologiyası - Su Ünsürü

12 avqust 2018
550
0
Çin Astrologiyası - Su Ünsürü
Su Siçanı (1912-1972-2032)

Su Siçanının ən nəzərə çarpan xüsusiyyəti mədəni və ədəbi sahələrə olan marağıdır.İçsəl hesabçılığını yüksək mövqelərdə əl də etmək üçün istifadə edər. Simpatik rəftarları onu məşhur etsə də düşüncəsizcə etdiyi dedi-qodunu hesaba aımazlar ammabu da başlarına dərd olur.

Su Öküzü (1913-1973-2033)

Başqalarının öyüd və fikirlərinə qulaq verməyə daha hazırlıqlıdırlar. Bunun mənası yeniliklərə qarşı həssas olmaları deyil. Bütün Öküz ili doğulanlar üçün mühafizəkar mizaçlıdırlar ,məntiqli müzakirələri sevirlər. Bunlara keçmişə nəzərən yeninin daha müvəffəqiyyətli olduğu sübutudur, bütün gücləri ilə bunu reallaşdıracaq üsullara sarılırlar. Yenə də yeninin üstünlüyünü qəbul etməkdə çox israr etməzlər və dəyişmənin gətirəcəyi bəzi zərərlərə qarşı da hazırlıqları yoxdur. Bunlar özlərinə düşkün olurlar və başqalarından da bunu gözləyərlər.Su öküzü öküz bürcləri içərisində ən səbirlisi, səssiz və idealist olanıdır. Ən böyük xüsusiyyəti təşkilat qabiliyyətidir. Fikirlərini ifadə etmək üçün doğru zamanı gözləyər.Məntiqli və bir işi edərkən konsentrasiyası ən yüksək səviyyədədir.

Su Pələngi (1902-1962-2022)

Pələng ili doğulanların xüsusiyyətlərini daşıyan, ümumiyyətlə sakit və durğun görünən lakin, özlərini idarə etməyə dair bir əlamət hiss edincə dərhal təsirli bir dəyişmə göstərən insanlardır. Su pələngi kişisi sərtləşməyə yönəlsə olduqca hirsli biridir. Lakin ümumi olaraq, sakit, məntiqli və digərlərinə nəzərən daha çox ətrafının duyğu və düşüncələrinə etibar edən yaradılışdandırlar. Bu xüsusiyyətləri ilə uğurlu karyera edə bilər və evlərində xoşbəxt bir həyat qura bilərlər. Yeni fikirlərə açıqlığı və sakinliyi su pələnginə böyük rahatlıq verir. Bəzən davranışlarında azğınlıq olsa da su pələngi instinktlərini nəzarət edər. Çünki ürəyi insanlıqla doludur. Içsəl və gerçəkliklə hadisələrə yaxınlaşdığından liderlik xüsusiyyəti var.

Su dovşanı (1903-1963-2023)

Bunlar sülh içində yaşamağa böyük bir istək duyurlar. Bəzən geri çəkilməyə hazır və içə dönük mizaçları ilə duyğularını açıqlamaqdan qorxan bir şəxsiyyət daşıyarlar. Bu ildə doğulanlar dalğın və düşüncəli Yaradılışdan olurlar və keçmişin təsirində qalırlar.Su dovşanı eşq və səssizliyin simvoludur. Bütün dovşan bürcləri arasında ən romantik olanıdır. Xəyalpərəstdir. İnsanlardan qaçar. Hüzur axtarar. Kövrək xarakterlidir. Asanlıqla təsirlənə bilər. Başqalarının istiqamətləndirdiyi axışa asanlıqla yönələ bilirlər.Yaxşı bir yaddaşa malikdir. İnsanların istəklərini fərq etmədən davranar. Qərarsızlıqları arasında üzər. Problemlər özünü zavallı hiss etdirenə qədər başında dönər. İçdən kədərlidirlər. Özü ilə barışıq deyil.

Su əjdahası (1892-1952-2012)

Dragon ilində doğulanlar kimi enerji sahibidir lakin bu qabiliyyətini bir mövzu üzərində yönəltməkdə çətinlik çəkər. Bu yönəltmə çətinliyi səbəbiylə, sahib olduğu böyük gücün tam olaraq fərqinə vara bilməz. Yenə də, istənilən zamanda olmasa da, bu kəslər sonunda əməllərinə çatarlar. Bu tip insan, digərləri içində razılığa ən yaxın Əjdəha tipidir. Fərqli vəziyyətləri görməkdə və analiz etməkdə böyük müdrikliyə malikdir. Heç bir əjdaha bürcünün qəbul etməyəcəyi rədd edilmə və məğlubiyyət kimi vəziyyətləri anlayışla qarşılamaq elastik bir quruluşa malikdir. Digər əjdaha bürclərinin əksinə, ən az eqoist inadçı olandır. Başqalarının alqışlayacağı şeyləri göstərməyi sevməz. Fikirlərini qəbul etdirməkdə və müqavilədə içsəl bir qabiliyyəti vardır. Ehtirasına diqqət etməzsə hər şeyini itirə bilər.

Su İlanı (1953-2013-2073)

Yüksək konsentrasiya və hiss gücünə malikdir. İncə zəkası ilə hadisələr qarşısında nə edəcəyini çox yaxşı bilir. Gözəl sənətlərə və ədəbiyyata maraq duyar. Həddindən artıq kinli ilə bilirlər ki özlərinə ziyan verməkdən ehtiyatlı olmalıdırlar.

Su Atı (1942-2002-2062)

Son dərəcə komik, şən və narahat olmasına baxmayaraq at bürcləri arasında ən intellektual olanıdır. Ağıllı və yaxşı bir şəxsiyyətdir. İdman və səyahət düşkünüdür. Dəyişməyə çox tez ayaq uydura bilərlər. Fikirlərini dəyişdirə bilər. Həyatını planlamada müvəffəqiyyətlidir.

Su Koyunu (1943-2003-2063)

Su Qoyunu şirinliyi, incəliyi və cazibədarlığı ilə hər kəsi cəzb edər.Hər zaman onu gözləyən və kömək edən bəziləri var. Su qoyunu romantik, ictimai və doğuşdan fırsatçıdır. Su Qoyunu digər qoyun bürclərinə görə daha həssas və pessimist varlıqlardır. Musiqi və şeir üçün çox böyük qabiliyyəti var.

Su Meymunu (1932-1992-2052)

Meymun bürcləri arasında ən çox danışan olanıdır. Başqalarının hədəflərinə çatması üçün köməkdə tapılar. İncə həssaslığını insanların təbiətini və insanlar arasındakı əlaqələri anlamaqda istifadə edərlər. Su elementi meymun bürcünə hədəflərinə çatması üçün iradə verir. Çətinlikləri əhəmiyyət vermədən hədəflərinə yavaşca və səssizcə çatmaq, istəyərlər. Düşüncələrini heç bir zaman açıq şəkildə danışmaz. Həddindən artıq həssas quruluşu səbəbiylə tez qırılırlar.

Su Xoruzu (1933-1993-2053)

İntellektual səviyyəsi yüksəkdir. Mədəni mühitlərə çox əhəmiyyət verər. Ünsiyyətə açıq bir insandır. Söhbətlərini öz fikirini təlqin etmədən həyata keçirir. Su elementi xoruz bürclərinə yazma qabiliyyəti verir. Natiq olaraq, bütün detalları dəqiq şəkildə izah edə bilər. Öyrənmə istəyi onun mükəmməllik kompleksini netləşdirir. Xoruz ili qəbiləsinin ən mədəni olanıdır. Yenə də sahib olduğu gerçək qabiliyyətləri, kiçik detallar üzərində çox dayanmaq üzündən lazımınca istifadə edə bilməz.

Su İti (1922-1982-2042)

Su itini düşüncə və instinkt xarakterizə edir. Su elementi it bürclərinə düşmənlərinin müxtəlif aspektləri və düşüncələrini anlamaqda köməkçi olur. Su iti digər köpək bürclərinə görə daha dözümlüdür. Cazibədar şəxsiyyəti sayəsində ətrafında uzun müddət adam olur. Bu kəslər onun ədalətinə inanır və tövsiyələrinə qulaq verir.

Su Donuzu (1923-1983-2043)

Su donuzu donuz bürcləri arasında ən diplomatik olanıdır. Başqalarının hisslərini oxumaqda doğuşdan qabiliyyətlidir. Bu xüsusiyyətini iş və insan əlaqələrində istifadə edə bilirlər. Sosial ətraflara girməyi sevər. Xaricə dönük və yoldaş canlısıdır. Patavatsız və safdır. Lüksü sevər. Ölçüsüz xərcləmə edər. Olduqca inkişaf etmiş bir razı salma qabiliyyəti vardır. Yenə də bu xüsusiyyətlərini nəzarət altında tutmaqda çətinlik çəkərlər.
Şərh Yaz