11.08.2018 Gündəlik Bürclər (11 Avqust 2018 Günlük Bürclər)

10 Ağustos 2018
4 557
0
11.08.2018 Gündəlik Bürclər (11 Avqust 2018 Günlük Bürclər)
Qoç - Bəxtinizdə sevgi dolu bir təqvim var. Odur ki, özünüzü məhəbbət ümmanına salmaqla daxili sıxıntılarınızı xeyli azalda bilərsiniz. Maliyyə uğursuzluqlarına görə narahat olmayın.

Buğa - Uğurlu tarix hesab etmək olar. Hansısa gərginlik və ya münaqişə gözlənilmir. Deməli, nəzərdə tutduğunuz vəzifələrin əksəriyyətini reallaşdırmaqda da problemlə üzləşməyəcəksiniz.

Əkizlər - Yay olmasına baxmayaraq, istirahətdən daha çox fəaliyyətə yer ayırmalısınız. Çünki təxminən saat 12-dən sonra şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər. Bu yönümdə sizə dəstək də veriləcək.

Xərçəng - Astroloji göstəricilər əsəblərinizdə hələ də gərginlik olduğunu bəyan edir. Nəzərə alsaq ki xoşlamadığınız Ay 17:54-ə qədər bürcünüzdədir, deməli, daha ehtiyatlı olmalısınız.

Şir - Avqustun bu qaynar günündə bütün vacib işlərinizi saat 16-ya qədər başa çatdırmağa çalışın. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın.

Qız - Ulduzların düzümü yalnız maliyyə məsələlərində uğurlara yiyələnəcəyinizdən xəbər verir. İstənilən sövdələşmə və ya işbirliyi xeyrinizə olacaq. Risk etməkdən qorxmayın.

Tərəzi - Yaxşı olar ki, bürcünüz haqqındakı bu proqnozu oxuyan eşidən kimi səfərə çıxasınız. Sizin üçün darıxanların çox olduğunu nəzərə alıb tövsiyələrimizə əməl edin. Səs-küylü şəhərdə nə tapmısınız?!

Əqrəb - Havaların qızmarlığını nəzərə alıb vaxtınızı əyləncə və istirahətə həsr edin. Çünki hansısa əməkdaşlıq və ya sövdələşmə uğursuz olacaq. Qonaqlıq və yeni tanışlıq üçün olduqca münasib vaxtdır.

Oxatan - Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür. Gələcək planlarınızı düşünün. Nahardan sonra mütləq müqəddəs yerlərə baş çəkin.

Oğlaq - Bu gün sevdiyiniz adamlarla bir yerdə olmağınız sizə rahatlıq gətirəcək. Ötən dövrlərin nostaljisinə qapılmaqdansa nikbin nəzərlərlə gələcəyə baxmağınız məsləhətdir.

Dolça - İştirakçısı olduğunuz görüşlərdə hövsələsizlik etməyin. Son vaxtlar təmkininizin pozulması ulduzların xoşuna gəlmir. Qeybət amilini isə özünüzdən qətiyyətlə uzaqlaşdırmalısınız.

Balıqlar – Sevgi-ailə münasibətlərində müəyyən mübahisələr gözlənildiyindən bəri başdan buna hazır olmalısınız. Əmin olun ki, bütün münaqişələri yalnız siz yoluna qoya bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.