16.08.2018 Gündəlik Bürclər (16 Avqust 2018 Günlük Bürclər)

15 Ağustos 2018
4 355
0
16.08.2018 Gündəlik Bürclər (16 Avqust 2018 Günlük Bürclər)
Qoç- Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Amma maraqsız proseslərə müdaxilə etməsəniz, bunun qarşısını az da olsa, ala biləcəksiniz. Əsəblərinizi qoruyun. Axşamsa qonaq gedin.

Buğa - Mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün əsəbi situasiyalardan uzaq olun. Əks halda maddi-mənəvi itkilərlə üzləşəcəksiniz. Ailə-sevgi münasibətlərində obyektiv olun.

Əkizlər - Axşam saat 18-ə qədər ümumi vəziyyət xeyrinizədir. Nüfuzlu adamlarla görüşləriniz müsbət nəticə verəcək. Situasiyalardan asılı olaraq gün ərzində hisslərinizi cilovlamalısınız.

Xərçəng - Təxminən saat 13-ə qədər xoşagəlməz işlərə cəlb oluna bilərsiniz. Buna baxmayaraq, belə hallarda öz mənafelərinizi qorumalısınız. Nahardan sonra bəxtinizin gətirəcəyi gözlənilir.

Şir - Rastlaşacağınız hadisələr daha çox öz rəftar və gedişlərinizdən asılı olacaq. Belə bir ərəfədə hansısa risk uğursuzdur. Əgər planlaşdırmısınızsa, bu gün mütləq səfərə çıxın.

Qız - Göy qübbəsi işdən kənarda hansısa uğura yiyələnəcəyinizə təminat vermir. Əksinə, yersiz mübahisələr, ifrat yorğunluq ovqatınızı korlaya bilər. Diqqəti ailə-sevgi münasibətlərinə yönəldin.

Tərəzi - Riskdən və həyatınız üçün önəmli olmayan məsələlərdən uzaq durursanız, günün bəhrəsini lazımınca görəcəksiniz. Tərəddüd etdiyiniz məqamlarda məsləhətləşmələrdən yayınmayın.

Əqrəb - Sağlıq durumunuza diqqət yetirsəniz, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Günün ikinci yarısında aldığınız hər bir iş təklifinə razılıq verin.

Oxatan - İşgüzar görüşlər keçirmək üçün çox səmərəli vaxtdır. Ona görə də bütün enerji və diqqətinizi məhz bu istiqamətə yönəltməlisiniz. Maliyyə sövdələşmələrinə isə girişməyin.

Oğlaq - Hər mənada əhəmiyyətli gündür. İstər fəaliyyət göstərdiyiniz sahələrdə, istərsə də qarşılıqlı münasibətlər zəminində uğurlarınız gözlənilir. Yalnız pulla bağlı passivlik mümkündür.

Dolça - Ulduzlar taledən gileylənməyinizə heç bir əsas görmür. Çünki ixtiyarınızda olan bu təqvim sizə olduqca xoş ovqat bəxş edəcək. Məhəbbət amili isə başlıca xilas mənbəyinizə çevriləcək.

Balıqlar - İş metodunuzda yenidənqurma aparmağa səy göstərin. Bununla siz gələcək perspektivlərinizə işıq saça bilərsiniz. Səmərəsiz iş prinsipindən qaçın. Nahardan sonra təzə xəbər eşidəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.