21.08.2018 Gündəlik Bürclər (21 Avqust 2018 Günlük Bürclər)

20 Ağustos 2018
5 583
0
21.08.2018 Gündəlik Bürclər (21 Avqust 2018 Günlük Bürclər)
Qoç - Tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 13-dən 17-yə qədər şəxsi işlərinizdə əsaslı dönüş yarana bilər.

Buğa - Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

Əkizlər - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhətdir. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Axşama doğru qazanmaq ehtimalınız var.

Xərçəng - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

Şir - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki həftə boyu bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.

Qız - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

Tərəzi - Bu təqvimdə uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağa çalışın. Əgər başqa vaxta saxlasanız, səmərəli olmayacaq. Bağ-bağatda işləmək üçün bu təqvimin böyük əhəmiyyəti var.

Əqrəb - Astroloji göstəricilər sizin zodiaka məsləhət görür ki, əsas üstünlüyü sevgiyə yönəldəsiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə tam ümidlə baxın.

Oxatan - Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Səhhətinizə qayğı göstərin.

Oğlaq - Bürcünüzün ən uğurlu məqamlarını yaşayacaqsınız. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Qərarlarınızda qətiyyətli olun.

Dolça - Qonaq getmək üçün günün ikinci yarısı münasibdir. Amma hər hansı fiziki işlərə başlamaq, yeni müqavilələr bağlamaq yolverilməzdir. Ailə münasibətlərində obyektiv addım atın.

Balıqlar - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Büdcənizdə artım da mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.