26.08.2018 Gündəlik Bürclər (26 Avqust 2018 Günlük Bürclər)

25 Ağustos 2018
5 161
0
26.08.2018 Gündəlik Bürclər (26 Avqust 2018 Günlük Bürclər)
Qoç - Bütün vaxtınızı istirahətə həsr edin. Çünki fəaliyyətlə bağlı hansısa yenilik gözlənilmir. Ulduzlar əsasən qarşılıqlı münasibətlərə və qohumluq əlaqələrinə fikir verməyi məsləhət görür.

Buğa - Yola çıxmaq fikriniz varsa, tərəddüd etməyin. Çünki bu gün rastlaşdığınız insanlardan xoş əhval alacağınız mümkündür. Pulu ilahiləşdirməyin. Çünki İlahi əlçatmaz yerdə durur.

Əkizlər - İqlimin bir qədər mülayimləşməsi sizə əlavə enerji verməkdədir. Odur ki, bu vaxta qədər öhdəsindən gələ bilmədiyiniz planları sürətləndirməlisiniz. Dəvətləri qəbul edin.

Xərçəng - Ulduzların düzümü yalnız maliyyə məsələlərində uğurlar vəd edir. Qalan sahələrdə isə ən yaxşı halda neytrallıqla üzləşəcəksiniz. Saat 14-18 arası sağlıq durumunuzu diqqətdə saxlayın.

Şir - Ulduzlar kin-kidurəti bir tərəfə atıb barışıq prosesinə qoşulmağınızı tələb edir. Ona görə də bu gündən deyilən istiqamətdə canfəşanlıq göstərməlisiniz. Cəfəng işlərdən uzaq olun.

Qız - Daxili dünyanızı anlayan insanlarla bir araya gəlin ki, ümumi süstlüyünüz ərisin. Çünki indi sizə daha çox mənəvi rahatlıq lazımdır. Şəxsi büdcənizə mümkün qədər qənaət edin.

Tərəzi - Cəfəng işlərə aludə olmasanız, bu təqvimi tamamilə öz xeyrinizə dəyişə biləcəksiniz. Bu istiqamətdə əsas uğur maliyyə məsələlərində mümkündür və bütün hallarda təşəbbüskarlıq sizdə olmalıdır.

Əqrəb - Ümumi ovqatınızın yüksək olacağını bildirən Göy qübbəsi bu günü zəngin keçirməyinizə şərait yaradacaq. Belə məqamlarda çoxdan görmədiyiniz yaxınlarınızı da ziyarət etməyə dəyər.

Oxatan - İş-gücü bir tərəfə atın. Onsuz da neçə illərdir ora-bura qaçmaqla əsaslı dönüş yarada bilməmisiniz. Heç olmasa, bu təqvimi mənəvi rahatlığa, insanlarla ünsiyyətə həsr edin.

Oğlaq - Hər hansı riskli sövdələşmələrə, o cümlədən pulla bağlı müzakirələrə ciddi yanaşmayın. Əsas diqqəti sağlıq durumuna və münasibətlərə yönəldin. Səhər saatlarında səfərə çıxmaq olar.

Dolça - Bəzən səbəbsiz olan daxili gərginliyinizi aradan qaldırmaq istəyirsinizsə, qarşılıqlı münasibətlərinizi tənzimləyin. Bunu bacarsanız, nahardan sonra sürprizləriniz olacaq.

Balıqlar - Səhər saatlarında gözlənilən gərginliyi dəf etməyi bacarsanız, sonrakı müddətdə hər hansı nigarançılıq olmayacaq. Məhəbbət müstəvisində yaranmış boşluqları doldurun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.