28.08.2018 Gündəlik Bürclər (28 Avqust 2018 Günlük Bürclər)

27 Ağustos 2018
5 439
0
28.08.2018 Gündəlik Bürclər (28 Avqust 2018 Günlük Bürclər)
Qoç - Axşam saat 18-ə qədər ümumi vəziyyət xeyrinizədir. Nüfuzlu adamlarla görüşləriniz müsbət nəticə verəcək. Amma ixtiyarınızda olan bu ərəfədə hisslərinizi də cilovlamalısınız.

Buğa - İşgüzar görüşlər keçirmək üçün çox səmərəli vaxtdır. Ona görə də bütün enerji və diqqətinizi məhz bu istiqamətə yönəltməlisiniz. Maliyyə sövdələşmələrinə isə girişməyin.

Əkizlər - Təlatümlü gün olmasa da, mülayimlikdən də əcər-əlamət olmayacaq. Odur ki, riskdən və həyatınız üçün önəmli olmayan məsələlərdən uzaq durmalısınız. Məsləhətləşmələrdən yayınmayın.

Xərçəng - Təxminən saat 13-ə qədər xoşagəlməz işlərə cəlb oluna bilərsiniz. Buna baxmayaraq, belə hallarda öz mənafelərinizi qorumalısınız. Nahardan sonra bəxtinizin gətirəcəyi gözlənilir.

Şir - Ulduzlar taledən gileylənməyinizə heç bir əsas görmür. Çünki ixtiyarınızda olan bu təqvim sizə olduqca xoş ovqat bəxş edəcək. Məhəbbət amili isə başlıca xilas mənbəyinizə çevriləcək.

Qız - İş metodunuzda yenidənqurma aparmağa səy göstərin. Bununla siz gələcək perspektivlərinizə işıq saça bilərsiniz. Səmərəsiz iş prinsipindən qaçın. Nahardan sonra təzə xəbər eşidəcəksiniz.

Tərəzi - Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Amma maraqsız proseslərə müdaxilə etməsəniz, bunun qarşısını az da olsa, ala biləcəksiniz. Əsəblərinizi qoruyun. Axşamsa qonaq gedin.

Əqrəb - Göy qübbəsi işdən kənarda hansısa uğura yiyələnəcəyinizə təminat vermir. Əksinə, yersiz mübahisələr, ifrat yorğunluq ovqatınızı korlaya bilər. Diqqəti ailə-sevgi münasibətlərinə yönəldin.

Oxatan - Sağlıq durumunuza diqqət yetirsəniz, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Günün ikinci yarısında aldığınız hər bir işgüzar təklifə razılıq verin.

Oğlaq - Rastlaşacağınız hadisələr daha çox öz rəftar və gedişlərinizdən asılı olacaq. Belə bir ərəfədə hansısa risk uğursuzdur. Əgər planlaşdırmısınızsa, bu gün mütləq səfərə çıxın.

Dolça - Hər mənada əhəmiyyətli gündür. İstər fəaliyyət göstərdiyiniz sahələrdə, istərsə də qarşılıqlı münasibətlər zəminində uğurlarınız gözlənilir. Yalnız pulla bağlı qanqaraçılıq mümkündür.

Balıqlar - İxtiyarınızda olan bu təqvimdə sizə əsəb gətirən adamlardan uzaq olmalısınız. Yoxsa bu hal bütün maddi-mənəvi sərvətlərinizi tari-mar edəcək. Günortadan sonranı sevgiyə həsr edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.