29.08.2018 Gündəlik Bürclər (29 Avqust 2018 Günlük Bürclər)

28 Ağustos 2018
6 075
0
29.08.2018 Gündəlik Bürclər (29 Avqust 2018 Günlük Bürclər)
Qoç - Yeni əlaqələr yaratmaq üçün geniş imkanlar qazanacaqsınız. Qarşıdakı bir ayda atacağınız addımları indidən götür-qoy edin. Nahar ərəfəsində aldığınız təkliflərə ciddi yanaşın.

Buğa- Şəxsi büdcənizin durumu imkan versə, doğmalarınız yaşayan ünvanlara baş çəkin. Əks təqdirdə, digər məsələlər ürəyinizcə olmayan istiqamətdə cərəyan edəcək. Hündür yerə çıxmayın.

Əkizlər - Olduqca rəvan gündür. Ulduzlar müdafiənizdə durduğundan qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdıra biləcəksiniz. Maraqlı adamlarla rastlaşma ehtimalınız da var.

Xərçəng - İkitərəfli əməkdaşlıq zəminində müəyyən irəliləyişlərə nail olmaq üçün şans qazanacaqsınız. Amma tam bələd olmadığınız proseslər barədə qəti söz demək fikrindən yayınmalısınız.

Şir - Nahara qədər bütün vacib işlərinizi - xüsusən də maliyyə məsələlərini yekunlaşdırın. Mənasız söhbətlərə isə əhəmiyyət verməyin. Saat 13:50-dən mənfi enerjili Ay bürcünüzdə olacaq.

Qız - Astroloji göstəricilər gün ərzində maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Günün ikinci yarısı isə bu istiqamətdə xüsusilə əlverişlidir. Aldığınız dəvətlərdən imtina etməyin.

Tərəzi - Bəzi sınaqlarla baş-başa qala bilərsiniz. Şəxsi işlərinizə müdaxilə edən adamlardan uzaq olmağa çalışın. Hər hansı mübahisə və ya qisasçılıq prinsipiniz başağrınıza səbəb ola bilər.

Əqrəb - Daxili sıxıntılarınızdan əsər-əlamət qalmayacaq. Ətrafda baş verən hər bir hadisə sizə sevinc bəxş edəcək. Bu maraqlı təqvimdə şəxsi büdcənizdə müəyyən artımlar da gözlənilir.

Oxatan - Qarşınızda duran vəzifələrin çoxluğu kifayət qədər yorulacağınızdan xəbər verir. Lakin öhdəliklərinizin müsbət nəticəyə xidmət etdiyini anlayıb passivləşməyin. Nikbin olmağa çalışın.

Oğlaq - Bütün gücünüzü iş prinsipinə həsr edin. Müvəffəqiyyətə yetişmək üçün bu, başlıca amildir. Tərəddüd etdiyiniz məsələlərdə qəti addım atmayın. Kənar təsirlərə aludə olmayın.

Dolça - Maddi durumunuzu yaxşılaşdırmaq üçün bütün bacarığınızı işə salın. Yalnız bu halda büdcənizi artıra bilərsiniz. Fəaliyyətlə bağlı uğurlarınız artıq yaxınlaşmaqdadır.

Balıqlar - Bu gün sizin üçün neytral bir təqvim olacaq. Hansısa qeyri-adi hadisə ilə rastlaşacağınızı düşünməyin. İqlimin təhərindən asılı olaraq, sağlamlığınıza da diqqəti artırın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.