04.09.2018 Gündəlik Bürclər (4 Sentyabr 2018 Günlük Bürclər)

03 Eylül 2018
6 140
0
04.09.2018 Gündəlik Bürclər (4 Sentyabr 2018 Günlük Bürclər)
Qoç - Hər mənada düşərli gündür. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə bəxtiniz gətirə bilər. Günün ikinci yarısında normal qazanmaq ehtimalınız da var.

Buğa - Astroloji göstəricilərə görə, maddi durumunuzda müəyyən irəliləyişlər mümkündür. Bununla yanaşı gözləmədiyiniz istiqamətdən sizə qarşı təxribat da ola bilər. Tədbirli olun.

Əkizlər - Özünüreklam prinsiplərindən uzaq olun. Çünki indi belə adamlara müsbət nəzərlərlə baxmırlar. Qarşı tərəfin ədalətli fikirləri ilə razılaşın. Hər hansı mübahisəyə isə lüzum yoxdur.

Xərçəng - Fəaliyyətlə bağlı xoşagəlməzliklər görünür. Bu amili nəzərə alıb ciddi işlərin həllini təxirə salın. Sevgi və digər münasibətlərdə isə vəziyyət xeyrinizədir. Uzaq yola çıxmaq olar.

Şir - Ümumi çalarlarına görə uğursuz gündür. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkə bilər. Odur ki, hər bir situasiyada öz mövqeyinizi qabartmamalı, emosiyalara uymamalısınız.

Qız - Əyləncə və gəzintilərə çox da aludə olmayın. Bu gün işgüzarlığınızı artırmalısınız. Yeni planlarınızı həyata keçirmək üçün bəzi nüfuzlu şəxslərlə görüşməyiniz vacibdir. Çağırışlara gecikməyin.

Tərəzi - Əsəblərinizi cilovlaya bilsəniz, heç bir qanqaraçılığı olmayacaq. Qərar çıxarmamışdan əvvəl yaxşıca götür-qoy edin. Uzaqda yaşayan qohumlarınızla əlaqə saxlayın.

Əqrəb - Günorta saat 14:47-dən Ay bürcünüzdə qərar tutduğundan müəyyən gərginlik müşahidə oluna bilər. İlk növbədə səhhətinizə fikir verin. İşgüzar sövdələşmələrdə iştirakınızı isə əvvəlki saata salın.

Oxatan - Ehtiyatlı olun, aldanma ehtimalınız var. Etibar etdiyiniz adamlar tərəfindən hiyləgərliyə tuş gələ bilərsiniz. Yaxşı olar ki, mühüm planlarınız haqda kiməsə məlumat verməyəsiniz.

Oğlaq - Kifayət qədər yorucu gündür. Əgər reallıq imkan versə, bütün vaxtınızı evdə və ya təbiət qoynunda keçirin. Qida və yuxu rejiminizə fikir verin. Ağır fiziki işlərdən uzaq olun.

Dolça - Sağlıq durumunuza xüsusi diqqət yetirin. Əks təqdirdə həkimə müraciət etməli olacaqsınız. Özünüzü stressli vəziyyətdən qoruyun. Tənhalığa qapılmaqdansa, dostlarınızla bir arada olun.

Balıqlar - Göy qübbəsi uğurlardan vəd verir. Sadəcə, siz də özünüzü bu vəziyyətə hazırlamalısınız. Ailə-sevgi münasibətlərində xoş ovqat qazanacaqsınız. Pulsuzluğa görə narahat olmayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.