09.09.2018 Gündəlik Bürclər (9 Sentyabr 2018 Günlük Bürclər)

08 Eylül 2018
5 204
0
09.09.2018 Gündəlik Bürclər (9 Sentyabr 2018 Günlük Bürclər)
Qoç - Çox düşərli gündür. Boş durmaqdansa ən xırda şansdan belə istifadə edin. Tərəfdaşlıq zəminində, perspektivli sövdələşmələrdə uğurlarınız artacaq. Özünüzü soyuqdəymədən qoruyun.

Buğa - Həddindən ziyadə uğurlu gündür. Ürəyinizə yaxın adamlarla rastlaşmağınız, həmçinin sevindirici təkliflər almağınız uzun müddət yadınızda qalacaq. Uzaq yola çıxsanız, ehtiyatlı olun.

Əkizlər - Maliyyə vəziyyətiniz imkan versə, özünüzə təzə geyim alın. Çünki xeyli müddət belə fürsət ələ düşməyəcək. Göy qübbəsi kənar təsirlərə aludə olmamağı, riskdən qorxmamağı tövsiyə edir.

Xərçəng - Yalnız maliyyə məsələlərində uğurlarınız gözlənilir. Odur ki, əsas gücünüzü bu istiqamətə yönəldin. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Axşam başqa ünvana getməyin.

Şir - Saat 15-ə qədər qarşılıqlı münasibətlərdə gərginlik gözlənildiyindən tədbirli olun. Bunu bacarsanız, ulduzlar sonrakı müddətdə sizə xüsusi zövq verəcək. Təzə xəbər də eşidəcəksiniz.

Qız - Sağlıq durumunuzda və fəaliyyət istiqamətində problemləriniz gözlənilsə də, qalan işləriniz uğurlu olmalıdır. Hətta günün ikinci yarısında qazanmaq ehtimalınız da var.

Tərəzi - Ulduzların düzümü rahatlığı daha çox səfər və qonaqlıqlarda tapa biləcəyinizdən xəbər verir. Çünki bu gün sizə çoxlu adamlarla təmasda olmaq vacibdir. Tənhalığa qurşanmayın.

Əqrəb - Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə ətrafınızda olanların naxələfliyi ovqatınızı poza bilər. Odur ki, müəyyən qədər təcrid olunub öz aləminizə qapılın.

Oxatan - Ulduzlar bu təqvimi daha çox istirahətə ayırmağı tövsiyə edir. Ağır fiziki və zehni işlərə girişməyin. Saat 16-dan sonra qonaq getməyə, ikili gəzintilərə aludə olmağa dəyər.

Oğlaq - Ümumi məziyyətlərinə görə qənaətbəxş təqvimdir. Xüsusən də saat 14-16 aralığında hansısa xoş bir hadisəylə rastlaşacaqsınız. Ailə üzvlərinizlə, həmkarlarınızla mehriban davranın.

Dolça - Bəxtinizdə ilahi bir təqvim durub. Bu səbəbdən də hansısa müqəddəs yeri ziyarət etmək, kimsəsizləri sevindirmək böyük savab qazandıra bilər. Axşam maraqlı insanlarla görüşünüz mümkündür.

Balıqlar - Səhhətlə bağlı nasazlığınız olsa da, bu, ovqatınızı pozmayacaq. Əksinə, gün ərzində iştirakçısı olduğunuz proseslər sizi xeyli fərəhləndirəcək. Ətrafınıza yaxşı insanlar toplaşacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.